İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 22 Noyabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail ordusunun təhlükəsizlik əməliyyatları həyata keçirməsi ilə son 24 saat ərzində İordan çayının qərb sahilində və işğal altında olan Qüdsdə ən az 28 anti-İsrail əməliyyatı həyata keçirilib.
Noyabrın 19-da İsrail rejimi əsgərlərinin Nablus şəhərinin köhnə hissəsinə hücumundan sonra müqavimət qüvvələri ilə İsrailin işğalçı qüvvələri arasında şiddətli silahlı qarşıdurma başlayıb və bu zaman bir fələstinli gənc yaralanıb.
Nablusdakı qarşıdurmalardan bir gün sonra sionist rejim qüvvələri Cənin şəhərinin Əl-Hədəf məhəlləsinə basqın edərək fələstinliləri güllə və gözyaşardıcı qazla toplaşdıqları yerdən dağıdıblar və bu zaman “Mahmud Əs-Səədi” adlı fələstinli yeniyetmə şəhid olub, beş nəfər də yaralanıb.
Fələstinlilər sionistlərin hərəkətlərinə cavab olaraq son 24 saat ərzində İordan çayının qərb sahilində və işğal altındakı Qüdsdə 28 anti-İsrail əməliyyatı həyata keçiriblər. Bu əməliyyatlar İsrail təhlükəsizlik qüvvələrinin İordan çayının qərb sahilində Fəth hərəkatının üzvü Şəhriyar Əl-Bəlavi də daxil olmaqla ən azı 20 fələstinlini həbs etdiyi vaxt həyata keçirilib.
İordan çayının qərb sahilindəki hazırkı münaqişələr göstərir ki, İsrail rejiminin hərbi-təhlükəsizlik qüvvələri indiyədək fələstinli qrupların qarşısını ala bilməyib. İsrail dilli “Yedioth Ahronoth” qəzetinin hərbi müxbiri Yossi Yehoşua-nın sözlərinə görə, sionist rejimin yeni hökuməti də Fələstinlilərin İsrail əsgərləri və İordan çayının qərb sahilindəki mühacirlərə qarşı müqavimət əməliyyatlarını dayandıra bilməyəcək, çünki İsrail təhlükəsizlik xidmətlərinin fələstinlilərin fərdi əməliyyatlarını dayandırmaq üçün heç bir vasitəsi yoxdur.
Daha çox oxuyun: İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 13 Noyabr 2022
Rəy