İraq Kürdüstanında terrorçu qruplaşmalar İranın raket və dron hücumları altında! + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran silahlı qüvvələri bu gün səhər İraqın şimalında yerləşən Ərbil və Süleymaniyyə vilayətlərində terrorçu qruplaşmaların mövqelərini bir neçə raket və kamikadze dronları ilə darmadağın edib.
Əldə edilən son məlumata görə, İran silahlı qüvvələrinin bu gün səhər saatlarında terrorçu qruplaşmaların Kürdüstan bölgəsindəki Köysancaq bölgəsi, Ərbil şəhəri ətrafında yerləşən Cajnikan düşərgəsi və Süleymaniyyə vilayətində Zərqiz və Banqore qərargahları raket və Şahid-136 (və yaxud 131) kamikadze dronları ilə hədəfə alınıb.
Hələlik bu hücumlar nəticəsində ölənlərin və dəyən zərərin dəqiq məbləği barədə məlumat verilməsə də, bu hücumlar nəticəsində Kürdüstan Demokrat Partiyasının “Behzad İskat” adlı terrorçu üzvünün öldürüldüyü bildirilir.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün səhər jurnalistlərlə görüşü zamanı İran silahlı qüvvələrinin İraqın Kürdüstan bölgəsində terrorçuların mövqelərinə bugünkü hücumlarına cavab olaraq deyib:
“Şübhəsiz ki, İranın gözləntisi ondan ibarətdir ki, İraq ərazisindən İranın təhlükəsizliyinə heç bir təhdid olmasın və İraq ərazisindən İrana qarşı təhdid yeri və nöqtəsi kimi istifadə edilməsin. Biz gözləyirik ki, İraq hökuməti və Kürdüstan bölgəsinin yerli hökumət rəsmiləri beynəlxalq öhdəliklərini yerinə yetirəcək və İranın müvafiq qurumları ilə ikitərəfli danışıqlar çərçivəsində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirəcəklər. İraq hökuməti və Kürdüstan bölgəsinin səlahiyyətli orqanlarından dəfələrlə aldığımız vədlərə baxmayaraq, bu baş vermədi və nəticədə İran öz sərhədlərinin və torpaqlarının təhlükəsizliyini və vətəndaşlarının təhlükəsizliyini təmin etmək və təhdidləri dəf etmək üçün qanuni hüquqlarına əsaslanaraq hərəkət edir.
Digər tərəfdən, İraqın Kürdüstan Bölgəsi Rəhbərliyi bəyanat yayaraq, İran silahlı qüvvələrinin bugünkü hücumunu qəti şəkildə pisləyib və bunu İraqın ərazi suverenliyinin dəfələrlə pozulması və mehriban qonşuluq prinsiplərinə zidd hesab edib. Bu bəyanatda İrandan bu hücumlara son qoyması istənilib.
İran silahlı qüvvələrinin İraqın Kürdüstan bölgəsində yerləşən terrorçu qruplaşmaların mövqelərinə yeni hücumları bir müddət əvvəl Amerika mediası olan “Associated Press”in məlumatlı mənbələrə istinadən iddia etdiyi “Sərdar Qaani İraq hakimiyyətinə xəbərdarlıq edərkən bildirib ki, Kürdüstan bölgəsindəki terror qruplaşmaları tərksilah edilməsə və İraq Ordusu qüvvələri İraq-İran arasında olan ortaq sərhədlərdə yerləşdirilməsə İran silahlı qüvvələri İraqın şimalında da quru əməliyyatlarına başlayacaq!” bir vaxtda baş tutub.
Daha çox oxuyun: İranın İraqda anti-terror əməliyyatları baş tutacaqmı?!
Qeyd edək ki, son baş verən hücum İran silahlı qüvvələrinin İraqın şimalında terrorçu qruplaşmalara qarşı üçüncü hücumudur. Hücumların ilk mərhələsi sentyabrın 28-də baş verib, bu zaman 15 nəfər ölüb, 24 nəfər yaralanıb. Noyabrın 14-də keçirilən hücumların ikinci mərhələsində Sidkan, Köysancaq və Süleymaniyyənin cənub şəhərləri hədəfə alınıb və İran Kürdüstan Demokrat Partiyası terror qruplaşmasının ən azı iki üzvü öldürülüb, 10 üzvü yaralanıb.
Daha çox oxuyun:
SEPAH İraqın Kürdüstan bölgəsində terrorçu qruplara qarşı raket və dron hücumları etdi + VİDEO və FOTO və XƏRİTƏ
SEPAH İraqın Kürdüstan bölgəsindəki terror qruplaşmalarına raket və dron hücumu edib + VİDEO və FOTO
Rəy