İraqda baş verən son hadisələr, 20 Noyabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri “Polad İradə” əməliyyatının səkkizinci mərhələsinin ikinci günündə İŞİD ünsürlərini təqib edərək, bu terror qruplaşmasının Neynəva vilayətindəki Mosulun cənubunda yerləşən sığınacaqlarını müəyyən edib.
1- Bağdad:
– Noyabrın 18-də İraqın əhli-sünnə müftisi Mehdi Əl-Samidei İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Sərdar İsmayıl Qaani ilə görüşüb. Bu görüş Bağdaddakı “Dar Əl-İfta”da və İranın İraqdakı səfiri Məhəmməd Kazım Aali Sadiqin iştirakı ilə keçirilib. Bu görüşün təfərrüatları açıqlanmayıb.
– Noyabrın 15-də İraqın baş naziri Məhəmməd Şəyya Əl-Sudani Suriyanın Bağdaddakı səfiri Sattam Cadaan Əl-Dəndəh ilə iki ölkə arasında əməkdaşlığın artırılmasını müzakirə edib.
2- Diyalə:
– Noyabrın 19-da Həşd-Şəəbi qüvvələri Həmrin dağlarında İŞİD ünsürlərinin sığınacaqlarının müəyyən edilərək təqib edilməsi və həbs edilməsi üçün təhlükəsizlik əməliyyatına başlayıb.
– Noyabrın 19-da Həşd-Şəəbi Təşkilatının 11-ci briqadasının komandiri Əli Əl-Həmdani İŞİD terror qruplaşmasının komandirlərindən Əbu Həsən Əl-Nəiminin Həmrin dağlarında həlak olduğunu bildirib.
3- Əl-Ənbar:
– Noyabrın 19-da İraqın terrorla mübarizə bölməsi İŞİD terror qruplaşmasının cəbhə komandirlərindən biri Əbu İsanın Əl-Ənbar əyalətində öldürüldüyünü elan edib.
– Noyabrın 19-da Həşd-Şəəbi Təşkilatının qüvvələri Əl-Ənbarın şərqində İŞİD terror qruplaşmasının ünsürlərindən birini həbs edib.
4- Kərkük:
Noyabrın 19-da Kərkük vilayətində yerləşən Əl-Debs məntəqəsində İraq ordusunun qərargahlarından birinə İŞİD ünsürlərinin hücumu nəticəsində 3 İraq əsgəri şəhid olub.
5- Səlahəddin:
Noyabrın 16-da Həşd-Şəəbi Təşkilatının 9-cu və 88-ci Briqadalarının döyüşçüləri İŞİD ünsürlərini təqib edərək həbs etmək üçün Səlahəddin vilayətində yerləşən Əl-İs adasında təhlükəsizlik əməliyyatına başlayıb.
6- Neynəva:
Noyabrın 20-də İraq təhlükəsizlik qüvvələri “Polad İradə” əməliyyatının səkkizinci mərhələsinin ikinci günündə İŞİD ünsürlərini təqib edərək, Mosulun cənubunda bu terror qruplaşmasının sığınacaqlarını müəyyən ediblər.
7- Noyabrın 15-də İraq prezidenti Əbdül Lətif Rəşid Kürdüstan bölgəsinin baş nazirinin müavini Qubad Talibani ilə görüşüb. Tərəflər İraqdakı son siyasi hadisələri və birgə əməkdaşlığın artırılmasını müzakirə ediblər.
8- Həşd-Şəəbi Təşkilatının rəhbəri Faleh Əl-Fəyyaz, Şəhid Casim Şubbərin şəhadətinin altıncı ildönümü mərasimində bildirib ki, “Bu təşkilat İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanından əmr alan hərbi bir qurumdur. Şəhidlərin qanı ixlasın ən yüksək dərəcəsi və bu təşkilatı qoruyub saxlayan amildir.”
9- Qərb mətbuatının iddiasına əsasən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri İraqa son səfəri zamanı İraq ordusunun İran və İraq arasında ortaq sərhəddə yerləşməyəcəyi və ya İraqın Kürdüstan bölgəsindəki terrorçuların bu bölgədəki qərargahlarının aradan qaldırılmaması təqdirdə, İran qüvvələri Kürdüstan bölgəsində terrorizmi məhv etmək üçün genişmiqyaslı quru əməliyyatına başlaması ilə İraq hakimiyyətini hədələyib.
Daha çox oxuyun: İranın İraqda anti-terror əməliyyatları baş tutacaqmı?!
10- Noyabrın 20-də Türkiyə müdafiə nazirinin “Qılınc Pəncəsi” əməliyyatının başlanması əmrindən sonra bu ölkə ordusunun hava təchizatları İraq və Suriyanın şimal bölgələrində kürd silahlılarına məxsus mövqeləri hədəfə alıb.
Daha çox oxuyun: Qılınc Pəncəsi Əməliyyatı; Türkiyənin İraq və Suriyanın şimalına hava zərbələri + VİDEO və FOTO
Rəy