Yəməndə baş verən son hadisələr, 19 Noyabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ənsarullah Sənaa vilayətindən Qırmızı dəniz sularına doğru yer-dəniz raketini ataraq sınaqdan keçirib.
1- Şəbvə:
– Noyabrın 17-də Amerika terror ordusunun hücumçu dronu Mərxət Əs-Sofla rayonunda yerləşən Vadi Xure məntəqəsi ətrafında Əl-Qaidə terror qruplaşmasının mövqelərini bombalayıb. Bu hücumun tələfatı və dağıntıları barədə heç bir xəbər dərc edilməyib.
– Cənub Keçid Şurasının silahlı üzvlərinin Ətəq şəhərində naməlum dronu (ehtimal ki, Ənsarullahın olub) vurmaq cəhdi baş tutmadı.
2- Əbyən:
Noyabrın 17-də Luder rayonundakı yerli mənbələr Səudiyyə koalisiya qüvvələrinin bu rayondakı Əkəd bazasından geri çəkilmək niyyətini açıqlayıb. Bu proses həyata keçirilərsə, Əkəd bazası Əl-Qaidə terror qruplaşmasının nəzarətinə keçəcək.
3- Mərib:
Noyabrın 15-də Ramilə bölgəsində “İslah” partiyasının komandirlərindən birinə sui-qəsd etmək üçün minalanmış avtomobil partladılıb. Bu şəxsin adı hələ müəyyən edilməyib və o, hücumdan sağ çıxıb.
4- Ədən:
Səudiyyə koalisiyasının və tabeliyindəki qüvvələrin Ədəndəki hərbi bazaları üzərində naməlum dronun (ehtimal ki, Ənsarullahın olub) uçuşundan sonra bu koalisiyanın bütün qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Qeyd edək ki, koalisiya qüvvələrinin dronu vurmaq cəhdi baş tutmayıb və sözügedən dron saatlarla uçuşdan sonra naməlum yerə gedib.
5- Əl-Hudəydə:
– Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 156 dəfə pozub.
– Noyabrın 16-da Səudiyyə koalisiyası Cibutidə yoxlama aparmasına və BMT-dən giriş icazəsi almasına baxmayaraq, Qırmızı dənizdə yanacaq daşıyan Əl-Safa gəmisini ələ keçirdi.
6- Noyabrın 15-də Avropa Birliyi Yəməndə ərzaq çatışmazlığını dəstəkləmək üçün 35 milyon dollar ayırdığını açıqladı. Bu məbləğin Ənsarullahın nəzarətində olan ərazilər də daxil olmaqla, Yəmənin bütün bölgələrinin həssas qrupları arasında bölüşdürülməsi nəzərdə tutulur.
7- Yəmənin istefa vermiş hökumətinin ordusunun sözçüsü briqada generalı Abdu Mucəlla Ənsarullahın Qırmızı dənizdə raket sınağı keçirdiyini iddia edib. O, bu xəbərin təfərrüatlarını açıqlayarkən deyib: “Husilər (Ənsarullah) bu gün günortadan sonra (18 noyabr) Sənaadan Əl-Hudəydənin qərbində Qırmızı dənizin sularına doğru gəmi əleyhinə raket atıb və sınaqdan keçiriblər. Bu raket sınağı İran İnqilab Keşikçiləri Korpusunun husilərə dəstəyinin və Yəmən məsələlərinə müdaxilə etməsi barədə, daha bir sübutudur”.
Qeyd edək ki, “Axirət Vədi” adlı hərbi manevrdə Yəmən ordusu donanmanın yerli, modifikasiya edilmiş və Rusiya istehsalı olan bəzi silahlarından və raketlərindən, o cümlədən “Məndəb 1”, “Məndəb 2”, “Faliq 1”, “Rubic” raketləri ərsəyə gətirdiyini göstərmişdir.
Həmçinin, Sənaada keçirilən 21 Sentyabr (İnqilabının ildönümündə) manevrində yer-dəniz tipli raketlər, o cümlədən, Asif, Muhit və Bəhrul-Əhmər adlı raketlər də nümayiş etdirilmişdir.
Rəy