İranın İraqda anti-terror əməliyyatları baş tutacaqmı?!
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Qərb mətbuatının iddiasına əsasən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri İraqa son səfəri zamanı İraq ordusunun İran və İraq arasında ortaq sərhəddə yerləşməyəcəyi və ya İraqın Kürdüstan bölgəsindəki terrorçuların bu bölgədəki qərargahlarının aradan qaldırılmaması təqdirdə, İran qüvvələri Kürdüstan bölgəsində terrorizmi məhv etmək üçün genişmiqyaslı quru əməliyyatına başlaması ilə İraq hakimiyyətini hədələyib.
Ötən həftənin sonlarında İran silahlı qüvvələrinin İraqın Kürdüstan bölgəsində terrorçu qruplaşmaların mövqelərinə hücumlarından sonra İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandiri Sərdar İsmayıl Qaani yüksək səviyyəli İraq rəsmiləri ilə görüşmək və söhbət etmək üçün, Bağdada səfər etmişdir. Bu səfər zamanı Sərdar Qaani prezident Əbdül Lətif Rəşid, İraqın baş naziri Məhəmməd Şəyya Əl-Sudani, eləcə də bəzi digər İraq rəsmiləri və şəxsiyyətləri ilə görüşüb söhbət edib.
Bu görüşlərdən sonra Amerika mediası “Associated Press” məlumatlı mənbələrə istinadən iddia edib ki, “Sərdar Qaani İraq hakimiyyətinə xəbərdarlıq edərkən bildirib ki, Kürdüstan bölgəsindəki terror qruplaşmaları tərksilah edilməsə və İraq Ordusu qüvvələri İraq-İran arasında olan ortaq sərhədlərdə yerləşdirilməsə İran silahlı qüvvələri İraqın şimalında da quru əməliyyatlarına başlayacaq!”
Associated Press yazmağa davam edərək bildirib: “İranın xəbərdarlığının nə qədər ciddi olduğu bəlli deyil, lakin bu, ilk dəfədir ki, İran hakimiyyəti Kürdüstan bölgəsində yerləşən silahlı qruplarla aylarla davam edən münaqişədən sonra İraqın şimalında fəaliyyət göstərən terrorçu qrupları tərksilah etməyi tələb edib və İraqı, quru əməliyyatları ilə açıq şəkildə təhdid edir.”
İran və İraq ölkələrinin yüksək rütbəli rəsmiləri, bununla bağlı açıqlama verməsələr də, Amerika mediasının bu iddiasının həqiqət olduğunu fərz edərək və İran silahlı qüvvələrinin son zamanlar İraqda yerləşən terrorçu qruplaşmalara qarşı hücumlarını nəzərə alaraq, biz başa düşürük ki, bu hərəkətlər ciddi əzmkarlıq nümayiş etdirir və İran hakimiyyətinin yeni qərarları bu bölgədəki terrorçu qruplarla mübarizədir. Xüsusilə bu terror qruplaşmalarının İranda baş verən son iğtişaşlarda rolu və fəaliyyətinin üzə çıxmasından sonra bu qərar daha da ciddiləşib. Ona görə də görünən odur ki, yaxın vaxtlarda İran silahlı qüvvələri İraqın Kürdüstan bölgəsindəki terror qruplaşmalarına qarşı yeni hücumlara başlayacaq və bölgədəki terrorçular qızğın günlərin gəlməsini gözləməlidirlər!
Daha çox oxuyun:
SEPAH-ın Quru Qoşunlarının komandanı: Raket, artilleriya və dronlarla terrorçuların mövqelərini məhv etdik
SEPAH İraqın Kürdüstan bölgəsindəki terror qruplaşmalarına raket və dron hücumu edib + VİDEO və FOTO
Rəy