Suriyada baş verən son hadisələr, 22 Fevral 2022

Çərşənbə axşamı 22 Fevral 2022 - 14:47
https://az.iswnews.com/?p=1562

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin məlumatına görə, Raqqanın cənub-qərbindəki Rəssafə bölgəsində partlayıcı qurğunun partlaması nəticəsində Suriya ordusunun iki əsgəri şəhid olub və bir neçə nəfər yaralanıb.

1- Latakiya:
Fevralın 17-də Suriya ordusuna məxsus helikopter texniki nasazlıq səbəbindən əl-Ravimiyyə kəndində qəzaya uğrayıb. Bu hadisədə Suriya ordusunun iki əsgəri şəhid olub, bir neçə nəfər isə yaralanıb.

2- İdlib:
Fevralın 19-da terrorçuların İdlibin cənubundakı Əl-Barə qəsəbəsinin kənarındakı mövqeləri Suriya ordusu tərəfindən artilleriya atəşinə tutulub.

3- Dəməşq:

  • Fevralın 15-də Dəməşqdə Suriya ordusunun hərbçilərini daşıyan avtobusun partladılması nəticəsində bir əsgər şəhid olub, 11 nəfər yaralanıb.
  • Fevralın 17-də sionist rejim raket hücumu ilə Dəməşqin kənarındakı bəzi mövqeləri hədəfə alıb.

4- Deyr əz-Zor:
Fevralın 15-də ABŞ koalisiya qüvvələri Deyr əz-Zor əyalətinin Əl-Şəhil şəhərində patrul xidməti həyata keçirib.

5- Dəraa:

  • Fevralın 18-də Casim şəhəri yaxınlığında terrorçu qüvvələrin iki keçmiş əməkdaşı naməlum şəxslər tərəfindən qətlə yetirilib.
  • Fevralın 21-də Maliha qəsəbəsində keçmiş terrorçu qüvvələrin komandirlərindən biri naməlum şəxslər tərəfindən qətlə yetirilib.

6- Həsəkə:
Fevralın 19-da Türkiyə hərbi pilotsuz təyyarəsi Suriya Demokratik Qüvvələrinin (SDQ) Təlle-Təmər şəhərinin kənarındakı mövqelərini hədəfə alıb. Bu hücumun vurduğu ziyanla bağlı heç bir məlumat yoxdur.

7- Raqqa:

  • Fevralın 19-da Raqqanın cənub-qərbindəki Rəssafə bölgəsində partlayıcı qurğunun partlaması nəticəsində Suriya ordusunun iki əsgəri şəhid olub.
  • Fevralın 21-də Türkiyənin dəstəklədiyi terrorçu qruplaşmalar M4 magistral yolunu və Eyn-İsanın ətrafını artilleriya ilə hədəfə alıblar.

8- Həma:
Fevralın 19-da Suriya artilleriyası Həma əyalətinin qərb kənarındakı Səhl əl-Ğab bölgəsində Əl-Ənkavi kəndində yerləşən hədəfləri atəşə tutub.

9- Suveyda:
Suriya hökumətinə qarşı bahalıq, korrupsiya və təhlükəsizliyin zəif olmasına etiraz olaraq Suveyda şəhərinin bəzi sakinlərinin aksiyaları davam edir. Bir sıra etirazçılar bəyanat yayaraq, Suriya prezidenti Bəşər Əsəd və bir sıra Suriya rəsmilərinin beynəlxalq mühakimə olunmasını tələb ediblər.
Vəziyyət belə davam edərsə, xüsusi xidmət orqanları etirazları istiqamətləndirə bilməsə və xalqın tələblərindən sui-istifadə davam edərsə, Suriyanın cənubunda yenidən təhlükəsizlik aradan gedə və genişmiqyaslı qarşıdurma müşahidə oluna bilər.

10- Fevralın 20-də Sultan Süleyman Şah Terror Qruplaşmasının Komandirlərinin Pozuntularını Araşdıran Üçtərəfli Komitə “Əbu Əmşə” ləqəbli “Məhəmməd Əl-Casim”i digər beş komandirlə birlikdə rüşvət alma, xalqın ərazilərini mənimsəmə və zorlama da daxil olmaqla müxtəlif ittihamlara görə vəzifələrindən azad ediblər.

Keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir