Rusiya Ukraynaya qarşı kütləvi qanadlı raket hücumu həyata keçirib + VİDEO və FOTO

Çərşənbə axşamı 15 Noyabr 2022 - 23:42
https://az.iswnews.com/?p=15560

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya ordusu 100-dən çox qanadlı raketlə Ukraynanın 18 şəhərində enerji infrastrukturlarına və digər mövqelərə hücum edib.

Bu gün, noyabrın 15-də günortadan sonra Rusiya ordusu 100-dən çox qanadlı raketlə genişmiqyaslı əməliyyatda Ukrayna qüvvələrinin Zaporojya, Nikolayev, Çerkassı, Çerniqov, Poltava, Jitomir, Rivne, Krivoy Roq, Vinnitsa, Sami, Kremençuq, Lvov, Lutsk, Xmelnitski, Ternopil, Krupionitski, Xarkov və bu ölkənin paytaxtı Kiyev şəhərlərindəki mövqelərini hədəfə alıb və hücum edib.

Rusiyanın qanadlı raketlərdən istifadə edərək etdiyi hücum nəticəsində Lvov, Jitomir, Poltava və Ternopil şəhərlərində elektrik enerjisi tamamilə kəsilib, Sami və Odessa kimi digər şəhərlər isə məhdud şəkildə kəsilib. Həmçinin adıçəkilən şəhərlərin yerli hakimiyyət orqanları bu şəhərlərin enerji infrastrukturuna ciddi ziyan dəydiyini bildiriblər. Ukrayna Hərbi Hava Qüvvələrinin hesabatına görə, bu hücumda Rusiya 100-dən çox “Xa-101” və “Xa-55” qanadlı raketlərindən, həmçinin 10 “Şahid-136” kamikadze pilotsuz uçan aparatından istifadə edib, Ukrayna ordusunun müdafiə sistemləri isə 73 qanadlı raket, 10 Şahid-136 pilotsuz təyyarə və bir Orion hücum pilotsuz təyyarəsini vurmağa nail olub.

Həmçinin iki rus raketi Polşanın cənub-şərqində yerləşən Lyublin vilayətinin sərhədyanı rayonlarına düşüb. Bu hadisədən sonra Polşanın Baş naziri Mateuş Moraviecki bu hücumun təfərrüatlarını müzakirə etmək üçün hökumətinin Nazirlər Şurası ilə təcili iclas keçirib. Bəzi Polşa mənbələri Rusiyanın raket hücumu nəticəsində iki nəfərin öldüyünü bildirib, lakin bu rəqəmi hazırda təsdiqləmək mümkün deyil.

Yuxarıdakı şəkillərdə S-300 raketdən müdafiə sisteminin bir hissəsini Rusiya raketlərinin vurduğu yerdə Polşa torpağına düşdüyünü görə bilərsiniz. Çox güman ki, bu raket Ukraynanın S-300 müdafiə sisteminə aiddir və o, səhvən Rusiyanın qanadlı raketini və ya başqa hədəfi Lyublin ərazisinəcən təqib edib və orada Polşa traktorunun üstünə düşüb!

Bununla bağlı Rusiya Müdafiə Nazirliyi bəyanat yayaraq, Ukrayna və Polşanın sərhəd bölgələrinə raket hücumunu təkzib edərək əlavə edib: “KİV-in bəyanatları və Polşa hakimiyyətinin Rusiya raketlərinin Polşaya məxsus ərazilərin üzərinə düşməsi ilə bağlı iddiaları gərginliyi gücləndirmək üçün qəsdən olunmuş təxribatdır”.

Lakin Ukrayna prezidenti Vladimir Zelenski bu hadisəyə görə Rusiyanı günahlandırıb və Twitter-dəki son mesajında ​​deyib: “Terrorizm bizim milli sərhədlərimizlə məhdudlaşmır. Rusiya raketləri Polşanı vurdu. Ukrayna terror aktlarının təkcə bizim ölkə ilə məhdudlaşmayacağını və Rusiya terrorunun hər an ölkəmizdən kənara çıxa biləcəyini dəfələrlə vurğulayıb”.

Bu mövqelərin əksinə olaraq ABŞ prezidenti Cozef Bayden deyib: “İlkin məlumatlar Polşanı vuran raketin Rusiyadan atılmadığını göstərir”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu hadisəyə reaksiya verib və deyib: “Məlumatlar göstərir ki, Polşada baş verən raket insidentində Rusiyanın heç bir günahı yoxdur və mən bu məsələdə Rusiyanın mövqeyini qəbul edirəm”.

Polşa Xarici İşlər Nazirliyi bu hadisənin təfərrüatlarına toxunmadan bu ölkənin şərqinə “Rusiya istehsalı” raketinin düşdüyünü bəyan edib!

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir