DTX-dən dindarlara qarşı növbəti şəryaxma əməliyyatı + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran əleyhinə anti-İran media qarayaxma kampaniyasının güclənməsindən sonra Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan Respublikasında İran casusluq şəbəkəsinin beş üzvünü müəyyən edib həbs etdiyini iddia etdi.
Dövlət Təhlükəsizliyi xidməti bu məlumatı 14 noyabr tarixində yayımlayıb.
Məlumatda bildirilir ki, Xəzər Neft Donanmasının gəmi kapitanı Zahir Əsgərovun İranın Qum şəhərində din təhsili aldığı zaman maddi dəstək almaq müqabilində İran kəşfiyyat orqanları tərəfindən işə götürüleb.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi xidməti bu vətəndaşı mobil telefon vasitəsilə və üzbəüz görüşlərdə məlumat ötürməkdə ittiham edib.
DTX əlavə edib: “Başqa bir araşdırma ilə müəyyən edilmişdir ki, Rəsulov Elnur Akif oğlu 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü “Meyse” və “Doktor” adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşmişdir. Elnur Rəsulov əvvəlcə bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Rəsulov Arif Əmrah oğlu ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək Bakı şəhəri Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində “Texnofest” Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərmişdir”.
Həmçinin, bu saxta ittihamların daha bir qurbanı Bəxtiyar Ağazadədir ki, DTX iddiasına əsasən, oda Azərbaycan Respublikasında baş verən siyasi-ictimai proseslər və hərbi mərkəzlər barədə İranın “Əkbər” adlı təhlükəsizlik məmuruna məlumat göndərib.
Mirhafiz Cəfərzadə də 2018-ci ildən beynəlxalq axtarışa verilən və hazırda İranda olan İlahiyatçı Şeyx Orxan Məhəmmədovun sifarişlərinin icrası zamanı hərbi mərkəzlərdən məlumat toplamaq ittihamı ilə həbs edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslə Orxan Məhəmmədov arasında paylaşılan mesajların səsi tamamilə saxtadır və sonradan DTX tərəfindən Telegram-da səsləndirilərək lentə alınıb.
DTX Azərbaycan Respublikası vətəndaşlarının və Qum Dini Elmi Hövzələri tələbələrinin ictimai WhatsApp qruplarında, o cümlədən “Elanlar” və “Müzakirələr” qruplarında mübadilə edilən məzmun və mesajların görüntülərini dərc etməklə, bu mesajları cinayətin sübutu kimi yayımlayıb. O əlavə edib ki, bu WhatsApp qruplarına qoşulan vətəndaşlar İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məhəmmədov və Elşad Hacıyev kimi, axtarışda olan şəxslərin təsiri altına düşüb.
Bu məlumatda DTX tərəfindən saxlanılan şəxslər və Azərbaycan Respublikasının dini WhatsApp qruplarının digər üzvləri, Azərbaycan Respublikasının hökumət sistemini dəyişməyə cəhddə və qondarma dini ekstremizmdə ittiham olunublar.
YAP rejimi on gün əvvəl 19 nəfər dindarı Hüseyniyyun Müqavimət Dəstəsinin üzvü olmaqda, İmam Hüseynin (ə) adı yazılmış köynəkləri paylamaqda, ittiham edərək həbs etdikdən sonra, yenə şəryaxmalarla, İrana represiyya və dindarların qəlbində qorxu yaratmaq üçün 5 günahsız dindarı casusluqda əsassız ittihamlarla saxlamaqla yenidən qorxaq bir addım atmışdır.
Əliyev öz düşüncəsinə görə, bu hərəkətləri ilə İran İslam Respublikası və Hüseyniyyun Müqavimət Dəstəsini öz mövqelərindən geri çəkilməyə məcbur edə bilər.
Azərbaycanın diktator hökumətinin İran İslam Respublikasına və Hüseyniyyun Müqavimət Dəstəsinə qarşı artan təzyiq dalğası İlham Əliyevin gülünc hərəkətləri, təkfirçilər və sionistlərin Azərbaycana doldurlması ilə bağlı İranın cavab reaksiyasını dəyişmək xülyası ilə icra edilir. Həmçinin bu tapşırıqların yerinə yetirilməsində bu məqamları da görmək olar, belə ki, Əliyev hakimiyyəti çalışır ki, İran İslam Respublikasının milli mənafeyini təhlükə altına alan fəaliyyətlərlə məşğul olmaq və terrorçuları Azərbaycanda yerləşdirmək kimi, İlham Əliyevin artan özbaşnalıqları qarşısında İran İslam Respublikasının cavab reaksiyasını yumşaltsın və Hüseyniyyun Müqavimət Dəstəsini öz qəti mövqeyindən geri çəkilməyə məcbur etsin.
Qeyd edək ki, İranın Şiraz əyalətində olan Şahçeraq ziyarətgahına qarşı terror əməliyyatının kordinatorunun və digər hadisədə əli olan şəxslərin Azərbaycan vətəndaşı olmaları, onların Bakıdakı Heydər Əliyev Hava Limanı vasitəsilə İrana uçması ilə bağlı İranın Milli Təhlükəsizliyi Nazirliyinin bəyanatından bir neçə gün keçməsinə baxmayaraq, hələ də YAP rejimi heç bir rəsmi reaksiya verməyib. Sadəcə, iki qeyri-peşəkar və tələsik əməliyyatı ilə günahsız dindarları saxta ittihamlarla həbs edib, onları İran İslam Respublikası və Hüseyniyyun Müqavimət Dəstəsi ilə əlaqələndirərək, İrana təzyiq göstərməyə və ictimai fikirləri digər cəhətlərə yönəltməyə çalışır.
Daha çox oxuyun: Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin fəal dindarlara qarşı əməliyyatının son hadisələrlə əlaqəsi + ŞƏRH və VİDEO
Rəy