CIA rəhbəri Türkiyədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru ilə görüşüb

Çərşənbə axşamı 15 Noyabr 2022 - 23:29
https://az.iswnews.com/?p=15550

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, amerikalı məmur CIA rəhbərinin Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru ilə Türkiyədə görüşdüyünü açıqlayıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Uilyam Borns Türkiyənin paytaxtı Ankarada Rusiya Xarici Kəşfiyyat İdarəsinin direktoru Sergey Narişkinlə görüşüb və bəzi məsələləri müzakirə edib.

Bu görüşdə Borns Narişkinə Moskvanı nüvə silahının hər hansı mümkün istifadəsi barədə xəbərdarlıq edib. Amerika rəsmisinin sözlərinə görə, CIA rəhbəri Rusiya tərəfinə Rusiyanın istənilən növ nüvə silahından istifadəsinin nəticələri və gərginliyin artması riski barədə mesaj verib.

Bununla bağlı Kreml Sarayının sözçüsü Dmitri Peskov Ankarada Rusiya və Amerika rəsmiləri arasında gizli görüş keçirildiyini açıqlayıb və bu barədə ətraflı məlumat verməkdən imtina edib.

Qeyd edək ki, bu, Ukraynada müharibə başlayandan sonra yüksək səviyyəli Rusiya və Amerika rəsmilərinin ilk açıq görüşüdür. Bildirilir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru CIA rəhbəri ilə görüşdən sonra Ankaranı tərk edib və İranın yüksək rütbəli rəsmiləri ilə görüşmək üçün Tupolev Tu-204-300 (RA-64057) təyyarəsi ilə Tehrana səfər edib. Bununla bağlı iki ölkə rəsmiləri hələlik açıqlama verməyib.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktorunu daşıdığı deyilən təyyarə
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir