Ənsarullah PUA-ları Cizan hava limanına hücum edib

Çərşənbə axşamı 22 Fevral 2022 - 06:59
https://az.iswnews.com/?p=1549

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Ənsarullah Cizan hava limanında Səudiyyə koalisiyasının mövqelərinə iki dəfə hücum edib.

Səudiyyə koalisiyasının məlumatına görə, dünən səhər, fevralın 21-də Ənsarullaha məxsus kamikadze PUA (ehtimal ki, Qasif-K2) Cizan hava limanının şərqindəki əl-Məbuc bölgəsində naməlum səbəblərdən yerə düşüb. Yerli medianın məlumatına görə, hücum nəticəsində itki yoxdur.
İkinci hücum isə dünən günortadan sonra baş verib, ikisi pilot olmaqla 16 nəfər yaralanıb.

Ənsarullahın Səudiyyə Ərəbistanının cənubundakı son hücumlarından sonra Səudiyyə koalisiyası Ənsarullahı ABŞ-ın terror qruplaşmaları siyahısına əlavə etməklə, cavab tədbirləri görəcəyi ilə hədələyib.

Necə ki, cavab olaraq gözlənilirdi Səudiyyə Ərəbistanı Səədə əyalətinin Münabbih sərhəd bölgəsindəki Əl-Raqq bölgəsini bombalaması nəticəsində 6 mülki şəxs yaralanıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir