SEPAH-ın Quru Qoşunlarının komandanı: Raket, artilleriya və dronlarla terrorçuların mövqelərini məhv etdik
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı İran silahlı qüvvələrinin İraqın Kürdüstan bölgəsində yerləşən terrorçulara qarşı dünənki əməliyyatlarının yeni təfərrüatlarını açıqlayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu quru qüvvələrinin komandanı Sərdar Məhəmməd Pakpur dünən 14 noyabr tarixində İran silahlı qüvvələrinin İraqın Kürdüstan bölgəsində yerləşən terrorçu qruplaşmalara qarşı həyata keçirdiyi raket və dron əməliyyatlarının ikinci mərhələsi ilə bağlı deyib: “Bu il sentyabr 28-də Rəbi əməliyyatından öncə, biz mütəmadi olaraq İraqın şimal bölgəsinə (Kürdüstan bölgəsinə) və İraqın mərkəzi hökumətinə xəbərdarlıq etmişdik ki, İraqın şimal bölgəsində olan və müxtəlif qərargahları olan separatçı qruplar gərək qovulmalı və ya tərksilah edilməli və ya düşərgələrə salınılmalıdır; Amma nədənsə bu baş vermədi”.
O, deyib: “Separatçı qruplar öz terror aktlarını həm İran daxilində İraqdan həyata keçiriblər, həm də ölkənin şimal-qərb bölgəsində baş verən bəzi iğtişaşlarda biz həmişə fərqli mövqelərə malik olan Şimali İraqda qərargahı olan antiinqilabçı və separatçı ünsürlərin izlərinə rast gəlirik və müşahidə edirdik”.
Sərdar Pakpur, bu il sentyabrın 28-də İraqın şimal bölgəsində terror qruplaşmalarına qarşı SEPAH-ın quru qüvvələrinin həyata keçirdiyi Rəbi əməliyyatına toxunaraq, bildirdi: “Rəbi əməliyyatını geniş miqyasda həyata keçirdik və onların qərargahları tamamilə zərər gördü və bir neçə qüvvələri də həlak oldu. Rəbi əməliyyatından sonra İraqın mərkəzi hökuməti və İraqın şimal bölgəsinin rəsmiləri ilə mütəmadi olaraq əlaqə saxladıq. Ölkəmizin Xarici İşlər Nazirliyinin rəsmiləri və bu şəxslərlə danışıqlar aparmalı olan qüvvələr Şimali İraqdan terrorçu qrupların tərksilah edilməsi və çıxarılması üçün toplantıların keçirilməsi ilə bağlı təmasda olub, müxtəlif görüşlər olub. Onlar həmçinin bu istiqamətdə əsas addımlar atacaqlarına və terrorçuların yerləşdiyi yerdə əməli tədbirlərin görüləcəyinə söz verdilər. Terrorçuların həm sərhədlərimizin kənarındakı qərargahı, həm də İraqın şimalında, 120 kilometr aralıda yerləşən uzaq qərargahlarında hadisələr baş verməli və onları toplamalı idi”.
Daha çox oxuyun: SEPAH İraqın Kürdüstan bölgəsində terrorçu qruplara qarşı raket və dron hücumları etdi + VİDEO və FOTO və XƏRİTƏ
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı terrorçuların adi camaat arasında gizlənmək taktikasına toxunaraq, dedi: “O məsələdən təxminən 50 gün keçib və təəssüf ki, bununla bağlı heç bir tədbir görülməyib və həmin əməliyyatda zədələnmiş və dağıdılmış qərargahlardan şəxslər çıxarılıb, lakin adi camaat arasında gizləniblər. Bu, Şimali İraq xalqının təhlükəsizliyi üçün çox vacib məsələdir. Terrorçular adi camaatın arasında özlərinə yer götürdülər və biz bu gün ətraflı planlaşdırma zamanı onların ətrafında əhalinin sıxlığının olmadığı bəzi qərargahlarına qarşı əməliyyat keçirdik”.
Həm İraqın mərkəzi hökumətinin, həm də İraqın şimal bölgəsinin öz xalqlarının təhlükəsizliyindən məsul olduğunu ifadə edərək, bildirib: “Digər tərəfdən, biz də öz xalqımızın təhlükəsizliyinə məsulyıq. Əgər separatçı və terror ünsürləri, təchiz olunaraq, təlim keçərək, plan qursalar, həmçinin, digər tərəfdən Amerika vasitəsi ilə himayə olunsalar və İran daxilində anti-təhlükəsizlik fəaliyyətlərin icrası üçün plan qursalar; əvvəlki illərdə də qeyd etdiyimiz kimi, biz bunu diqqətdən kənarda qoymayacağıq və bu qərargahları harada olsalar da, hədəfə alacağıq”.
Sərdar Pakpur qeyd edib ki, “Rəbi əməliyyatından sonra biz ölkəmizin şimal-qərbində baş verən bir çox hadisənin şahidi olduq, bunlar ictimai əmlakı məhv etmək üçün ya iğtişaşçılara bələdçilik etmək üçün göndərilən qruplar tərəfindən idarə olunur və ya göndərilir və ya bəzi terror aktları ilə nəticələnir. Qərbi Azərbaycan, Kürdüstan və Kirmanşah əyalətlərində baş verən sui-qəsdlər, əsasən bizdə olan həbslər, onların əksəriyyəti İraqın şimal bölgəsində olan antiinqilabçı və separatçı qruplardandır. Biz təhlükəsizliyimizlə bağlı heç kimlə güzəştə getmirik. Bir daha vurğulayıram ki, biz öz təhlükəsizliyimizlə bağlı heç kimlə güzəştə getmirik və bunu bir neçə dəfə demişik. Adlarını çəkdiyim bir neçə yer var ki, bilsinlər ki, onların hamısına əhatəmiz var və biz artıq onların adlarını İraqın şimal bölgəsinin rəsmilərinə və İraqın mərkəzi hökumətinə vermişik”.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı deyib: “Süleymaniyyə bölgəsindəki Bəkr Co adlanan ərazi, onların təchizatlarını məhv etdikdən sonra bu ərazidə məskunlaşan ərazilərdən biridir. Bu, adi camaatın da yaşadığı ərazidir. Bəkr Co xalqı təhlükəsizliyini təmin etmək üçün bu terrorçuları rədd etməlidir. Topozabad başqa bir ərazidir ki, kənddir, onlar bu kəndin yanında gəlib, düşərgə yaradıb orada yerləşdiriliblər ki, növbəti əməliyyatlarda mütləq hədəfə alacağıq. Köysancaqın özü, Köysancaq şəhəri və ətraf kəndlər və terrorçuların sahib olduğu qala; Onların məskunlaşdıqları Azadi və Əmiriyə kimi bəzi yerlər var ki, onlar adi camaatın yaşadığı yerlərdir”.
Sərdar Pakpur terrorçuların digər məskunlaşdığı yerlər barəsində belə dedi: “Zərguiz, Qerd Çal, Cajnekal və Pakşəhr həm kənd, həm şəhər və həm qəsəbə ərazisi olan ərazilər arasındadır. Bu kənd və qəsəbələrin yanında terrorçular yerləşdirilib və növbəti əməliyyatlarda mütləq onları hədəfə alacağıq. Biz bu kənd və şəhərlərin əhalisindən zərər görməmək üçün ya terrorçuları rədd etmələrini, ya da qərargahlarından uzaq durmalarını xahiş və tələb edirik. Bu, bölgə xalqının, İraqın şimal bölgəsi hökumətinin və İraqın mərkəzi hökumətinin ciddi diqqət yetirməli olduğu bir məqamdır”.
Daha çox oxuyun: İranın İraqa xəbərdarlığı: İraqın Kürdüstan bölgəsindən terror qruplaşmalarını yığışdırın! + Terror qruplaşmalarının Kürdüstan bölgəsindəki xəritəsi
Qeyd edək ki, dünən səhər saatlarından etibarən İran silahlı qüvvələri Süleymaniyyənin cənubu, Köysancaq ətrafı və Sidkan yüksəkliklərində terrorçu qrupların mövqelərini hədəfə alıblar. İran Kürdüstan Demokrat Partiyasının iki üzvü həlak olub, digər 10 üzvü yaralanıb.
Bu hücumlar İraq Kürdüstanının baş nazirini reaksiya verməyə məcbur edib. İraq Kürdüstanının Baş naziri Məsrur Barizani İran silahlı qüvvələrinin İraq Kürdüstanında terrorçu qrupların mövqelərinə hücumunu regionun suverenliyinə təcavüz kimi qiymətləndirib və qınayıb.
Amerikanın İraqdakı səfiri Alina Romanovski də bununla bağlı bildirib: “Biz İranın İraq Kürdüstanına hücumunu qınayırıq və İrandan İraqın suverenliyini pozan hücumlarını dayandırmasını tələb edirik”.
Daha çox oxuyun: SEPAH İraqın Kürdüstan bölgəsindəki terror qruplaşmalarına raket və dron hücumu edib + VİDEO və FOTO
Rəy