SEPAH İraqın Kürdüstan bölgəsindəki terror qruplaşmalarına raket və dron hücumu edib + VİDEO və FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu İraqda yerləşən Süleymaniyyənin cənubu, Köysancaq qəsəbəsi ətrafını və Sidkan yüksəkliklərindəki terrorçu qruplaşmalarının mövqelərini raket və dronlarla hədəfə alıb.
Yerli mənbələrdən verilən məlumata görə, İran silahlı qüvvələrinin Kürdüstan bölgəsində terrorçu qruplaşmaların mövqelərinə hücumları başlayandan bəri azı 2 nəfər ölüb, 10 nəfər yaralanıb.
İran silahlı qüvvələri bu gün səhərki raket və dron hücumlarında İraqın Kürdüstan bölgəsi, Sidkan bölgəsi, Köysancaq qəsəbəsi ətrafı və Süleymaniyyənin cənubunda terrorçu qruplaşmalarının mövqelərini hədəfə alıb. Hazırda hücumlar dayandırılıb. Əgər yeni hücumlar baş tutarsa, yeni ərazilər barədə sizə məlumat verəcəyik.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün səhər jurnalistlərlə görüşü zamanı bu hücumu təsdiqləyib və əlavə təfərrüatlar verməyərək bildirib ki, İran ərazi təhlükəsizliyinə, xüsusən də sərhəd məntəqələrindəki təhdidlərə, separatçı qruplar və s. cavabsız qoymayacaq və öz təhlükəsizliyini müdafiə edəcək.
Daha çox oxuyun: İranın İraqa xəbərdarlığı: İraqın Kürdüstan bölgəsindən terror qruplaşmalarını yığışdırın! + Terror qruplaşmalarının Kürdüstan bölgəsindəki xəritəsi
Xatırladaq ki, sentyabrın sonundan İran silahlı qüvvələri İran Kürdüstan Demokrat Partiyası (Hədka), Kürdüstanın Azad Həyat Partiyası (Pejak), İran Kommunist Partiyasının Kürdüstan Təşkilatı (Kumala), Kürdüstan Azadlıq Partiyası (PAK) terror qruplaşmalarına qarşı yeni əməliyyatlar və raket və dron hücumlarına başlamışdır. İran silahlı qüvvələri hər zaman İraq hökuməti və İraq Kürdüstanı hökumətini Kürdüstan bölgəsində yerləşən terrorçu qrupların İranın milli təhlükəsizliyinə qarşı hərəkətləri və dağıdıcı fəaliyyətləri barədə xəbərdar edib və bu qrupların baza və hərbi mövqelərinin ləğv edilməsini istəyib. Ona görə də görünür ki, İraq tərəfinin səhlənkarlığı ucbatından İran İslam Respublikası öz milli təhlükəsizliyini qanuni şəkildə müdafiə etmək üçün bu ərazilərdə terrorçuların mövqe və bazalarını məhv etmək üçün lazımi tədbirlər görür.
Rəy