Əfqanıstanda anonim sui-qəsdlər artıq Helməndə çatıb!
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, naməlum silahlı şəxslər Helmənd əyalətinin Nəva Barkazai qəsəbəsində üç mülki vətəndaşı qətlə yetiriblər.
Fevralın 20-si axşam saatlarında naməlum silahlı şəxslər Helmənd əyalətindəki Nəva Barkazai qəsəbəsində evə hücum edərək üç mülki şəxsə terror aktı törədilib. Hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməsə də, hücumun İŞİD və ya xüsusi silahlı şəxslər tərəfindən törədildiyi ehtimal edilir.
Pəncşir və Bağlan əyalətlərində Əhməd Məsud qüvvələrinin Taliban mövqelərinə hücumlarının artmasından sonra Taliban Müdafiə Nazirliyi bu ərazilərə əlavə qüvvələr göndərərək yaşayış evlərində geniş yoxlamalar aparıb. Bu hərəkətlərlə eyni vaxtda Taliban Hərbi Hava Qüvvələrinə məxsus helikopterlər Əhməd Məsudun qüvvələrini müəyyənləşdirmək və hədəfə almaq üçün Bağlan əyalətinin Xost və Fərəng qəsəbələri və Pəncşir əyalətinin Şətəl qəsəbəsində hava əməliyyatları həyata keçirib.
Daha çox oxuyun:
Əfqanıstan və Pakistanda baş verən son hadisələr, 19 Fevral 2022
Rəy