Əliyevin Şuşadan Tehrana və İrəvana mesajı nə idi?

Bazar 13 Noyabr 2022 - 19:12
https://az.iswnews.com/?p=15345

Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı, noyabrın 8-də Şuşa şəhərinə gedərək Azərbaycan respublikasının İkinci Qarabağ müharibəsində qələbəsi münasibətilə çıxışı zamanı öz qonşularını hədələyib!

Azərbaycan prezidenti çərşənbə axşamı səfərdə olan birinci vitse-prezident Mehraban Əliyeva (Paşayeva), xanımı və yeganə oğlu Heydərlə birlikdə Şuşaya yeni salınan Qələbə yolu ilə daxil olub. Əliyevin ailəsinin bütün üzvləri Azərbaycan ordusunun rəsmi hərbi geyimində olub və onları silahlı qüvvələrin komandanları və ordu əsgərləri qarşılayıblar. Bu cür iştirak etmək Əliyevin bu ölkədəki ailəvi surətdə hakimiyyətə vurğun olmalarının əlamətidir.

İlham Əliyev Şuşada rəsmi çıxışı zamanı İrəvan və Tehranı hədələyib. O, İran İslam Respublikasının adını çəkmədən, dolayısı ilə Ermənistanın bəzi havadarlarından, İrandakı riyakarlıqdan və daxili böhrandan danışıb.

Əliyevin Ermənistanın xarici himayədarı ilə bağlı iddiası
Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsində hərbi qələbənin həlledici amilini açıqlayaraq belə dedi: “Qəhrəman və peşəkar ordumuz (fədakarlıq) göstərdi. Lazım gələrsə, yenə göstərərik və istədiyimizi alarıq. Sərhədimizdə Ermənistana dəstək üçün hərbi təlimlər keçirən hər kəs bunu bilməlidir”.

İqtisadi güc hərbi güc amilidir
O, bu ölkənin qüdrətində iqtisadi inkişafın roluna toxunaraq iddia etdi: “Biz iqtisadi gücümüzlə (neft və xam qazın satışından əldə etdiyimiz gəlirlə) qüdrətli ordumuzu yaratdıq və silahlı qüvvələri təchiz etdik. Son iki ildə heç bir ölkədən, heç bir təşkilatdan bir manat belə yardım almamışıq. Təbii ki, kimsə kömək etmək istəsə, etiraz etməyəcəyik”.

İlham Əliyevin Azərbaycanın diplomatik gücü barədə kinayəli sözləri
İlham Əliyev beynəlxalq təşkilatlarda və forumlarda ölkəsinin diplomatik hərəkatlarına toxunaraq deyib: “Özünü satmış siyasətçilər, erməni lobbisi və xarici himayədarlar elə göstərdilər ki, Ermənistan işğalçı deyil, lakin biz BMT, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Avropa Şurası, Minsk Qrupu və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, bütün beynəlxalq forumlarda öz haqqımızı sübut etdik. Bu gün Avropa İttifaqının 9 ölkəsinin bizimlə güclü ticarət əlaqələri var. 44 günlük müharibə zamanı biz dünya ilə diplomatik əlaqələr qurduq və bu müddət ərzində üstün hərbi qüvvə kimi tanındıq. Biz müsəlman ölkələri ilə sıx əlaqələr qurmuşuq və onları inandıra bilmişik ki, Ermənistan təkcə bizə deyil, bütün müsəlman dünyasına qarşı təcavüzkar siyasət aparır. Məscidləri dağıdanlar müsəlman ölkələri ilə dost ola bilməz. Müsəlman ölkələrinin rəhbərləri məscidləri dağıdanları qəbul etməməli, qucaqlamamalı, öpməməlidir. Bu ikiüzlülük və xəyanətdir və bunun başqa adı yoxdur. Lakin münafiqlik (onlara) imkan vermir”.

Azərbaycanın hərbi büdcəsinin artım tendensiyası
O, ölkəsinin hərbi büdcəsinin artım tendensiyasını ifadə edərək iddia edib: “Azərbaycanın hərbi büdcəsi son iki ildə artıb və gələn il yenidən artacaq və biz hərbi infrastrukturu, hərbi silahları, əsgərlər üçün rifah şəraitini daha da inkişaf etdirəcəyik. Buna səbəb Ermənistanda döyüşə hazırlaşan ikinci Qarabağ müharibəsinin nəticəsinin əleyhdarlarıdır. Həmçinin, Ermənistan Moskvanın 10 noyabr 2020-ci il tarixli bəyanatının müddəalarına əməl etməyib. Zəngəzur dəhlizini bizə verməyib təxribatlara başlayıblar. Ordumuz iki il əvvəlkindən daha güclüdür və bunu Ermənistan və hər bir hökumət bilməlidir”.

Azərbaycan regionda təhlükəsiz ölkədir
Azərbaycanın şəraitini qonşu ölkələrlə müqayisə edən Əliyev iddia edib: “Son iki ildə daxili təhlükəsizlik strukturlarının gücləndirilməsi ilə ölkəmiz sakit olub, lakin bəzi hökumətlər böhran və hökuməti qəbul etməyən şəxslər, təhlükəsizlik problemləri ilə mübarizə aparır”.

Qafqazda dəyişən şərait
O, daha sonra Qafqaz regionunun şəraitinin dəyişməsini qeyd edərək dedi: “Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub və ordusu məhv edilib. Məğlub olan ölkə özünü (qalib) belə apara bilməz. İkinci Qarabağ müharibəsinin Ermənistan üçün unudulmaz dərsləri oldu və bu ölkəyə göndərilən hər bir əcnəbi ünsür bizim tərəfdən dəmir yumruqla üzləşəcək. Fərrux yüksəkliklərindəki əməliyyatlar, son 13 və 14 sentyabr tarixlərindəki qisas əməliyyatı və qarşıdurmaların Ermənistan üçün dərsləri var və onlar öz daxili işləri ilə məşğul olmalıdırlar. Ruslar (Rusiya Federasiyasının sülhməramlıları) müvəqqəti olaraq (Qarabağ bölgəsində) yerləşdiriliblər və onların sonuncu iclasda (Soçi) ​​iştirakı uzadılmayıb. Ermənistan başqa hakimiyyətə arxalanmaq istəsə, yenə də bizim dəmir yumruğumuzla üzləşəcək. Biz (Azərbaycan hökuməti) Moskvada 10 noyabr (atəşkəs) müqaviləsinin bütün öhdəliklərini yerinə yetirmişik və son iki ildə ermənilərin Laçın keçidi ilə gediş-gəlişinə heç bir maneə törədilməyib. Zəngəzur dəhlizini yaratmaq Ermənistanın borcudur, lakin bu müddət ərzində Naxçıvanla quru əlaqəsi üçün dəmir yolu, avtomobil yolunu təmin etməyiblər. Bizim bütün hərəkətlərimiz haqlıdır və düzgündür, lakin Ermənistanın bəzi xarici himayədarları bizi ittiham etmək istəyirlər. Mən onlara cavab vermişəm və başqa tələbləri olarsa, hər cür cavab verəcəm və heç nə mənə mane ola bilməz. Bizi mövqeyimizdə möhkəm edən amil Ermənistanın bəzi himayədarlarıdır. Biz (tələblərimizin) yolunda ölürük, amma geri çəkilmirik”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir