Hizbullahın baş katibi: Amerika səfirliyi Livan hökumətinin ən xırda işlərinə qarışır!

Şənbə 12 Noyabr 2022 - 22:53
https://az.iswnews.com/?p=15332

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah cümə günü Şəhid günü münasibəti ilə çıxış edib.

Seyid Həsən çıxışının əvvəlində Əhməd Qasirin şəhadət əməliyyatından bəhs etdi və bildirdi ki, ümid edirik ki, Qasirdən istənilən müqavimət dəstəsi vasitəsilə daha böyük bir şəhadət əməliyyatı formalaşacaq. Şəhid günü Şəhidlər ağasının (Əhməd Qasir) İsrail hərbi qubernatorluğunun Sur şəhərindəki binasına hücum edərək bir dəqiqədən az bir müddətdə 100-dən çox İsrail əsgər və zabitini öldürərək bütün binanı yerlə-yeksan etdiyi gündür.

O, Şəhid gününün bölgə boyu müqavimət cəbhəsinin bütün şəhidlərinin günü olduğunu bildirərək dedi: Bu 40 ildə yolumuzun davam etdirilməsində şəhid ailələrinin böyük rolu olub və onların çoxu övladlarına ürək-dirək veriblər, övladlarına döyüş paltarları geyindiriblər. Ailələri qələbəyə qədər müqavimət göstərdiyinə görə şəhid övladları döyüşüb, komandir olublar. Biz müqəddəslərimiz, vətənimiz, azadlığımız, ləyaqətimiz, təhlükəsizliyimiz, izzətimiz uğrunda canlarını fəda edən şəhidlərin qədrini bilirik. Şəhidlərimiz tanınmışlardır və bəzilərinin cənazələri hələ də bunu inkar edən İsrail düşməninin əlindədir. Həmçinin, bizim itkin düşənlərimiz var və biz şəhidlərin, itkin düşənlərin cənazələrinin işləri ilə məşğuluq və onların talelərini müəyyənləşdirməyə çalışırıq.

Hizbullahın baş katibi bəyan edib ki, düşmən ikinci və üçüncü nəsli müqaviməti dayandırmağa ümid edib, buna görə də onları hədəfə almağa və fitnə-fəsada sürükləməyə çalışır. Qabaqcıl texnologiyaya sahib olan düşmən nəsillərimizi korlamağa, onların inanclarını dəyişməyə çalışır ki, bu da böyük təhlükədir. Şəhidlərimizin yolu ilə ardıcıl nəsillərin davam etməsi düşmənin öz məqsədlərinə çata bilməməsi mənasındadır.

Nəsrullah davam etdi, düşmən bütün işğal altındakı Fələstində dəhşətə gəldi, çünki o, nəsillərə təsir edə və onların prinsiplərini dəyişdirə bilmədi. Şəhid Udey Ət-Təmimi və onun müqavimət göstərən qardaşları düşmənin öz xeyrinə planlarını dəyişmək istəyinin uğursuzluğunu göstərdilər.

İsraildə keçirilən parlament seçkilərində Netanyahunun partiyasının qələbəsinə toxunaraq, o, bütün İsrail hökumətlərinin cinayətkar olduğunu və Knesset seçkilərində heç bir şəxsin qalib gəlmədiyini açıqlayıb. İsraildəki son seçkilərin nəticələri bizim üçün əhəmiyyət kəsb etmir, çünki bütün İsrail partiyaları cinayət baxımından eynidilər. Düşmən bütün işğal olunmuş Fələstində dəhşətə gəlib, çünki o, yeni nəsillərə təsir edə, onların prinsiplərini dəyişdirə bilməyib. Ola bilsin ki, İsrail seçkilərinin nəticələri Fələstin üçün təhlükəli olsun, çünki axmaqlar hakimiyyəti ələ keçirəcək və axmaqlar bizi qorxutmur.

Seyid Həsən bildirib ki, su sərhədlərin çəkilməsi ilə bağlı razılaşmanı saxlamaq üçün yalnız müqavimətin gücünə etibar etmək olar. Amerika seçkilərinin nəticələri heç nəyi dəyişməyəcək, çünki Amerika həm Respublikaçılar, həm də Demokratlarla bir medalın iki üzüdür. Amerika təkfirçi terror xərçəngini Livana gətirdi və Hizbullah onu məhv etdi. 2019-cu ildə etirazlara dəstək verərək planlarının iflasa uğramasından sonra Amerika Livanda xaos yaratmağa çalışırdı. Amerika 2019-cu ilin oktyabr iğtişaşlarını yaratdı, lakin Hizbullah onu kontrol etdi. Amerikanın lənətini Livandan uzaqlaşdıran və bu xərçəngi aradan qaldıran Hizbullah idi.

Nəsrullah bildirib ki, ya Livan Rusiyanın yeni yardımını qəbul etməyə cəsarət edəcək, ya da Amerikanın təhdidlərinə təslim olacaq. Sionist rejimin seçkilərinin bu rejim daxilində nəticələri və təsirləri var, çünki bu, böhran və qarşıdurmanın artması səviyyəsini əks etdirə bilər. İsrail seçkiləri kəskin fikir ayrılıqlarını artıracaq və bu rejimin gələcəyinə və seçimlərinə təsir edəcək.

O, həmçinin Amerikanın Suriyadakı dağıdıcı roluna işarə edərək əlavə edib ki, terrorçular və təkfirçilər vasitəsilə Suriyanı alt-üst edə bilməyən Amerika aclıq və soyuqluqla bu ölkəni süquta yaxınlaşdırmağa çalışır. ABŞ-ın Livan blokadası ölkəyə hər hansı investisiya və ya iqtisadi yardımın qarşısını almaqla davam edir. Amerika hər hansı bir ölkənin Livana iqtisadi böhranı üçün kömək etməsinə mane olur, bu da lənətdir və özlüyündə vəbadır.

Hizbullahın baş katibi İranın Amerika, İsrail və Qərb ölkələrinin fitnəkar sui-qəsdinə qarşı qəti şəkildə qalib gələ bildiyini vurğulayaraq əlavə edib ki, Livanlılardan yalnız İsrailə dəstək olmaq istəyən Amerikanın vəba və bəlasına təslim olmamağı xahiş edirik. İran Amerika-İsrail fitnəsi və sui-qəsdi üzərində yenidən qalib gəldi.

Seyid Həsən Nəsrullah həmçinin, Mişel Aunun ardınca Livanın prezidentliyinin vəziyyətini xatırladıb və deyib ki, Livanda kiminsə prezident yerinin boş qalmasını istəməsini düşünmürük, ilk fürsətdə prezidentin seçilməsinə təkid edirik. Prezident yerinin boş qalması Livanın bütün rəsmi orqanlarına təsir edir və o ziyanın yerini doldurmaq mümkün deyil. Prezidentlik çox həssas və mühümdür və altı il ərzində və ondan sonra da öz təsirini ölkəyə göstərəcək bir məqamdır. Biz prezident seçkisi üçün daha yaxşı və daha münasib variant tapmalıyıq.

Hizbullahın baş katibi Amerika səfirliyinin Livanın ən kiçik hökumət və nazirlik məsələlərinə qarışdığını bəyan edib və bildirib ki, biz müqavimət dəstələri Livan xalqının böyük bir hissəsi olaraq müqavimətə əminlik və etimad verə bilən prezident istəyirik. Qorxmayan, güzəştə getməyən, milli maraqları öz qorxusundan üstün tutan, alınıb satıla bilməyən cəsur prezident istəyirik.

Nəsrullah bildirib ki, 2000-ci ilin azad edilməsinə səbəb olan müqavimət, etimadlı olan Emil Lahudun prezidentliyi dövründə baş verdi. Keçmiş illərdə Aun dövründəki müqavimət (bu, satıla bilməyən və arxadan xəncər vurmayan) çox təhlükəsiz və fikri rahat idi. Əgər sizin üçün qaz çıxara biləcək güclü Livan istəyirsinizsə, müqavimətə arxadan xəncər vurmayacaq cəsur bir prezident gətirməlisiniz.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir