“Sultan Süleyman Şah” terrorçu qruplaşmanın yüksək rütbəli komandiri vəzifəsindən azad edildi!

Bazar ertəsi 21 Fevral 2022 - 22:37
https://az.iswnews.com/?p=1530

Türkiyənin dəstəklədiyi bütün terrorçu qruplaşmaların daxilində eyni problemlər mövcuddur.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin məlumatına görə, Sultan Süleyman Şah Briqadası Komandirlərinin Qanun pozuntularını araşdıran Üçlü Komitə Birliyi bu briqadanın yüksək səviyyəli komandirlərindən birini rüşvət almaq və insanların torpaqlarını ələ keçirmək kimi müxtəlif ittihamlarla işdən çıxarıb.

Türkiyənin dəstəklədiyi terrorçular Hələbin şimal ətrafına nəzarəti ələ keçirdikdən sonra müxtəlif media orqanlarından komandirlər və digər terrorçular tərəfindən qətllər, adam oğurluğu, evlərin və əkin sahələrinin zəbt edilməsi, meşələrin məhv edilməsi, yalan vergilərin tətbiqi və rüşvətlərin alınması ilə bağlı çoxsaylı xəbərlər yayılıb.

Bu günlərdə Türkiyənin dəstəklədiyi “Sultan Süleyman Şah” terror qruplaşmasının komandirlərinin qanun pozuntularını araşdıran Üçtərəfli Komitə, “Əbu Əmşə” ləqəbli Məhəmməd əl-Casimin vəzifəsindən uzaqlaşdırıldığını elan edib. O və digər beş komandir rüşvətxorluq, torpaq ələ keçirmə, zorlama və sair kimi ittihamları qəbul etdikdən sonra işdən çıxarılıblar.

Türkiyənin dəstəklədiyi terrorçulara yaxın mənbələr qərarın həqiqi deyil sırf maraqları və mənafelərinə uyğun olmadığına görə verildiyini və başqa heç bir səbəbin ortada olmadığını bildiriblər. Onlar əlavə ediblər ki, Türkiyənin dəstəklədiyi bütün terrorçu qruplaşmaların daxilində eyni problemlər mövcuddur.

Bəzi mənbələr türk kəşfiyyatçılarının (MİT) bu yaxınlarda Həmanın şimal-qərbindəki Şeyx Hədid kəndində Əbu Əmşə ilə görüşdüyünü bildirib. Görüş zamanı Əbu Əmşəyə insanları işə götürmək və onları Türkiyənin maraq dairəsində olan ölkələrə göndərmək təklifləri irəli sürülüb. O isə son qərarını Türkiyə kəşfiyyatına açıqlamayıb və bu qərarın verilməsi haqqında düşünmək üçün ona vaxt vermələrini istəyib.
Maraqlıdır ki, Əbu Əmşə Liviya müharibəsində, daha sonra isə Qarabağda gedən son döyüşlərdə iştirak etmək üçün öz qruplaşmasının bir sıra qoşunlarını Azərbaycana göndərmişdi.

Əbu Əmşə kimdir?
Əbu Əmşə 1987-ci ildə anadan olub və Həmanın şimal kənarındakı Həyalin bölgəsindəndir. O, Suriyada müharibə başlamazdan əvvəl kənd təsərrüfatı ilə məşğul olub.
Əbu Əmşə Həmanın kənarında bir neçə terrorçu qruplaşmaya rəhbərlik edib və təşkilatlarla Əl-Nüsrə Cəbhəsi arasında gedən döyüşlərdən sonra Hələbin şimalındakı bölgələrə göndərilib.
Afrin şəhərinin qərbində yerləşən “Şeyx Hədid” bölgəsi türk kəşfiyyatının terrorçu qruplaşmalar arasında bölgüsünə görə müstəqil sektor hesab edilir ki, hər qrup və ya komandirin özəl sektoru olsun!
Bölgə komandirləri istədikləri qərarı verir və vergilər qoyurlar.
Qeyd edək ki, Əbu Əmşə də “Şeyx Hədid” ərazisində öz qərargahını qurub və bu əraziyə hər hansı terrorçu qruplaşmanın, hətta mülki şəxslərin də daxil olması qadağandır.

“Əbu Əmşə” ləqəbli “Məhəmməd Əl-Casimin” işdən çıxarılmasına dair məktub
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir