Amerika təyyarələri ilə Əfqanıstandan qaçqınların acı aqibəti

Bazar ertəsi 21 Fevral 2022 - 20:44
https://az.iswnews.com/?p=1527

ABŞ ordusu Əşrəf Qəni hökumətinin devrilməsindən sonra iki həftə ərzində Əfqanıstandan bu ölkınin 124 min vətəndaşını təxliyə edib.

Əfqanıstanda Əşrəf Qəni hökumətinin süqutundan və Talibanın bu ölkədə qüdrəti ələ keçirməsindən sonra ABŞ və NATO qüvvələrinə işləyən minlərlə insan Əfqanıstanı tərk etməyə hazırlaşdılar.
Amerikanın XİN və Müdafiə Nazirliyi iki həftə davam edən intensiv əməliyyatda müxtəlif sahələrdə, o cümlədən hərbi, kəşfiyyat və texnologiya sahəsində onlarla həmkarlıq edən minlərlə insanı digər ölkələrdə işlətmək üçün Əfqanıstandan çıxartdılar.

Həmin şəxslər Kabil hava limanı vasitəsilə ABŞ-ın Almaniya, BƏƏ və Qətərdəki bazalarına köçürülüblər. Onların sayının 124 min nəfərə çatdığı bildirilir.
Onlardan 3500-ü daimi ABŞ vizası ilə, 36 mini isə müvəqqəti yaşamaq üçün qeydiyyatdadırlar.
Qalanları BƏƏ və Qətərdəki düşərgələrə köçürülüblər və onlar ABŞ və Avropada qalmağa çalışırlar.
Qaldıqları ölkədən asılı olmayaraq bu Əfqanıstanlıların durumu heç də qənaətbəxş deyil. Belə ki, miqrantlar bu düşərgələrdə diqər çatışmamazlığından ciddi əziyyət çəkirlər. Düşərgələrdə verilən məlumatlara görə ciddi antisanitar vəziyyyət yaşanır, qida və dərman çatışmamazlığından çox sayda insan dünyasını dəyişib. Həyatını itirənlərin içərisində hamilə qadınların və körpələrin olduğu da bildirilir. Heç bir dövlət isə onların müqəddəratına zamin deyil.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir