Zelenskinin müşaviri İranda dron istehsalçılarına hücuma çağırış edib!
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ukrayna prezidentinin müşaviri İrana qarşı sanksiyaların tətbiqinin kifayət etmədiyini bildirib və İranda dron istehsal edən şirkətlərə hücuma çağırıb.
Ukrayna prezidentinin müşaviri Mixail Podoliak Rusiyanın Ukrayna ilə müharibədə istifadə etdiyi dronlar İran tərəfindən təmin edildiyini bildirib və İranda dron istehsal edən şirkətlərə hücuma çağırıb.
O, Ukrayna telekanallarından birində deyib ki, “Mən hesab edirəm ki, yalnız İrana sanksiya tətbiq etmək kifayət deyil və İranın dronlar, ballistik raketlər və s. istehsalı infrastrukturuna qarşı məqsədyönlü hücumlar həyata keçirilə bilər”.
Bu iddia, son həftələr müxtəlif media və mənbələrdə Rusiyanın Ukrayna müharibəsində İran dronlarından istifadə etdiyinə dair çoxsaylı hesabat və sənədlərin dərc edildiyi halda irəli sürülüb.
Daha çox oxuyun: Ukrayna ordusu: Rusiya İranın hücum dronlarından istifadə edib!
Buna baxmayaraq, İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmirabdollahian bu xəbərlərə cavab verərək, “İran Rusiyaya az sayda dron göndərib, lakin bu, Ukraynada müharibə başlamazdan əvvəl oldub. Əgər bizə sübut olunsa ki, Rusiya Ukraynaya qarşı müharibədə İran dronlarından istifadə edir, biz buna biganə qalmayacağıq”.
Rəy