Emoməli Rəhmon Tacikistanda hakimiyyəti monarxiya rejiminə keçirtmək üçün cəhd edir

Çərşənbə 9 Noyabr 2022 - 20:59
https://az.iswnews.com/?p=15231

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Tacikistan prezidenti Emoməli Rəhmon 2022-ci ilin sonuna qədər özünün və hökumətin səlahiyyətlərini böyük oğlu Rüstəm Emoməliyə ötürməyi planlaşdırır.

Noyabrın 6-da Düşənbə İcra Hakimiyyəti və Prezident aparatı Emoməli Rəhmonun siyasi hakimiyyətini və bütün hökumət səlahiyyətlərini Tacikistan Milli Məclisinin hazırkı sədri olan böyük oğlu “Rüstəm Emoməliyə” 26-31 dekabr 2022 tarixləri arasında təhvil vermək qərarına gəldiyini açıqlayıb.

Emoməli Rəhmon bir neçə il əvvəl bu layihənin təşəbbüskarı olub və bu layihə üçün Rusiya və Orta Asiya ölkələrinin yüksək vəzifəli rəsmilərinin dəstəyini almaq üçün onlarla dəfələrlə məsləhətləşib. Bununla əlaqədar olaraq Emoməli Rəhmon Rusiya prezidenti Vladimir Putinin cari ilin 8 iyulunda Tacikistana səfəri zamanı Ukrayna ilə müharibədə Qərbin sanksiyalarına qarşı Tacikistanın Rusiyaya dəstəyi əvəzində oğlunun varisliyinə Rusiyadan dəstək istəyib. Lakin bu səfərdə Rəhmonun gözləntilərinin əksinə olaraq Putin bu plana qarşı olduğunu açıqlayıb və oğluna Qərb dövlətləri, xüsusilə Amerika ilə yaxın olmamaq barədə xəbərdarlıq edib.

Bu məsələdə Putinlə Emoməli Rəhmon arasındakı ixtilaf oktyabrın 15-də Qazaxıstanın paytaxtı Astana şəhərində MDB ölkələri toplantısı zamanı Emoməli Rəhmonun mənalı çıxışlarından görmək olar. Bu görüşdə Putinə xitabən Rəhmon deyib: “Biz xüsusi tarixə və mədəniyyətə malik bir xalqıq və hörmət gözləyirik. Biz kasıb ölkə olmamışıq, təbii sərvətlər baxımından da ixrac edən ölkə sayılırıq. Biz həmişə Rusiyaya əsas strateji tərəfdaşımız kimi hörmət etmişik, ona görə də bizə də hörmət edilməlidir. Bizə digər ölkələr kimi ədalətli və bərabər münasibət göstərilməsini istəyirik və bunun üçün çox pul xərcləməyə ehtiyacımız yoxdur”.

“Rüstəm Emoməliyeviç Rəhmonov” “Emoməli Rəhmon”un böyük oğludur və 19 dekabr 1987-ci ildə anadan olub. Tacikistanın İqtisadiyyat Nazirliyində, Futbol Federasiyasında və digər dövlət qurumlarında rəhbər vəzifələrdə çalışdıqdan sonra 2017-ci ildə Düşənbə İcra Hakimi seçilib və eyni zamanda 2022-ci il aprel ayının 17-də Tacikistan Milli Məclisinin sədri olub. Tacikistan Milli Məclisinin sədrliyi Tacikistanda ikinci siyasi-hökumət vəzifəsidir və bu ölkənin rəsmi qanunlarına görə, prezidentin qəfil ölümü və ya fiziki imkansızlığı halında səlahiyyət Milli Məclisin sədrinə keçir. Ona görə də Tacikistanın prezidentlik səlahiyyətinin Rüstəm Emoməliyə təhvil verilməsi üçün bütün siyasi və inzibati yollar açılıb və Putinin və digər dövlətlərin prezidentlərinin siyasi fikri və həlli Tacikistan prezidentliyinin gələcəyində dəyişiklik yarada bilməz.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir