Bağdadda Amerika vətəndaşının qətli və kanadalı əsgərin şübhəli ölümü + FOTO

Çərşənbə 9 Noyabr 2022 - 19:35
https://az.iswnews.com/?p=15221

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraq təhlükəsizlik rəsmiləri bir kanadalı əsgərin ölümünü və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) qüvvələrindən olduğu deyilən amerikalı vətəndaşın qətlini təsdiqləyiblər!

Noyabrın 7-də naməlum silahlı şəxslər Bağdadın mərkəzindəki Əl-Kərradə bölgəsində avtomobilə atəş açaraq Amerika vətəndaşını öldürüblər. Həmin şəxsin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) üzvü olduğu bildirilir. İraq təhlükəsizlik qüvvələri bununla bağlı araşdırmalara başlayıb.

Bağdadda Amerika vətəndaşından başqa bir kanadalı əsgər də həlak olub. Kanadanın rəsmi mənbələrinə görə, “bu ölkənin zabitlərindən biri Erik Çeunq Bağdadda qeyri-operativ şəraitdə dünyasını dəyişib. Hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb”.

Hələlik bu iki hadisə ilə bağlı daha ətraflı məlumat dərc olunmayıb və İraq rəsmiləri bununla bağlı açıqlama verməyib.

Bağdadda öldürülən Amerika vətəndaşının cəsədinin şəkli
Bağdadda qeyri-operativ şəraitdə ölən kanadalı əsgərin şəkli
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir