İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 9 Noyabr 2022

Çərşənbə 9 Noyabr 2022 - 15:43
https://az.iswnews.com/?p=15214

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Nablus şəhərində Ərinul-Usud müqavimət dəstəsi ilə İsrail rejimi əsgərləri arasında baş verən silahlı qarşıdurma nəticəsində bir fələstinli şəhid olub, üç nəfər yaralanıb.

İbrani mediasının sionist rejim ordusunun Knesset üzvlərinin Nablusda Həzrət Yusifin (ə) məqbərəsinə basqın ilə razılaşdığını elan etməsindən sonra, bu gün səhər İordan çayının qərb sahilinin şimalındakı Sionist Qəsəbələr Şurasının rəhbəri Yossi Daqanın istəyi ilə Knessetin bir sıra sağçı və radikal üzvləri Həzrəti Yusifin (ə) məqbərəsinə basqın edib və burada Talmud ayinləri keçirib.

Sionistlərin Nablusa basqınından sonra Ərinul-Usud müqavimət dəstəsi qüvvələri İsrail əsgərləri ilə şiddətli silahlı qarşıdurma aparıb və bu toqquşma zamanı “Mehdi Həşşaş” adlı fələstinli mücahid şəhid olub, üç nəfər yaralanıb.

Son 72 saat ərzində 19-dan çox fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edilib. İordan çayının qərb sahilində geniş miqyaslı həbslərə və mövcud təhlükəsizlik şəraitə baxmayaraq, son 24 saat ərzində İordan çayının qərb sahilində və işğal olunmuş Qüdsdə ən azı 13 anti-İsrail əməliyyatı həyata keçirilib ki, bu da sionist rejimin təhlükəsizliyinin müqavimət dəstələrinin fəaliyyətləri qarşısında gücsüzlüyünü və zəif olduğunu göstərir.

Daha çox oxuyun: İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 6 Noyabr 2022

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir