İraqda baş verən son hadisələr, 7 Noyabr 2022

Bazar ertəsi 7 Noyabr 2022 - 23:34
https://az.iswnews.com/?p=15149

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Həşd-Şəəbi Təşkilatının 20-ci Briqadasının qüvvələri Diyalə vilayətinin “Bike”, “Vadi Qəsb” kəndləri və İran İslam Respublikası ilə sərhədə yaxın ərazilərdə İŞİD ünsürlərini təqib və həbs etmək üçün təhlükəsizlik əməliyyatına başlayıb.

1- Bağdad:
Noyabrın 6-da Britaniyanın Bağdaddakı səfiri Mark Brayson Riçardson İraqın baş naziri Məhəmməd Şəyya Əl-Sudani ilə görüşüb və ikitərəfli əlaqələri və onların ümumi maraqlar çərçivəsində gücləndirilməsi yollarını müzakirə edib.

2- Diyalə:
– Noyabrın 7-də Həşd-Şəəbi Təşkilatının 20-ci Briqadasının qüvvələri Diyalə vilayətinin “Bike”, “Vadi Qəsb” kəndləri və İran İslam Respublikası ilə sərhədə yaxın ərazilərdə İŞİD ünsürlərini təqib və həbs etmək üçün təhlükəsizlik əməliyyatına başlayıb.
– Noyabrın 6-da Həşd-Şəəbi Təşkilatının Diyalədəki əməliyyat qərargahının komandiri Talib Əl-Musəvi bu əyalətdə İŞİD terror qruplaşmasının sığınacaqlarının müəyyən edilərək məhv edilməsi üçün üç cəbhədə təhlükəsizlik əməliyyatının başlandığını elan edib.
– Noyabrın 7-də İraq təhlükəsizlik qüvvələrinin Diyalə vilayətində yerləşən Əl-Əvaşik bölgəsində keçirdiyi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının 3 sığınacağı müəyyən edilərək məhv edilib.

3- Neynəva:
– Noyabrın 5-də Daxili İşlər Nazirliyinin kəşfiyyat xidmətinin qüvvələri Birgə Əməliyyat Komandanlığı və Neynəva Əməliyyat Komandanlığı ilə birgə Baduş bölgəsində İŞİD terrorçularının sığınacaqlarını müəyyən edərək, bu terror qruplaşmasının üzvləri ilə münaqişə yaşayıb. Bu münaqişə nəticəsində Baduş bölgəsində bu terror qruplaşmasının cəbhə komandiri də daxil olmaqla bir neçə İŞİD üzvü öldürülüb.

– Noyabrın 5-də Həşd-Şəəbi Təşkilatı Mosulun cənubunda İŞİD ünsürlərini təqib və həbs etmək üçün İraq ordusu ilə birgə əməliyyata başladığını elan edib.

4- Türkiyə Müdafiə Nazirliyi İraqın şimal bölgələrində keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı 3 əsgərinin öldürüldüyünü etiraf edib. Bu üç əsgər İraqın şimalında partlayıcı qurğunun partlaması nəticəsində yaralanıb və aldığı xəsarətlərin şiddətindən tibb mərkəzlərinə köçürüldükdən sonra dünyasını dəyişib.

5- Əbdül Əmir Əl-Şəmmarinin (birgə əməliyyat qərargahının keçmiş müavini) İraqın daxili işlər naziri seçilməsindən sonra general-leytenant Qeys Xələf Əl-Məhəmmədavi birgə əməliyyat qərargahının yeni komandir müavini seçilib. Bundan əvvəl o, İraq ordusunun Baş Qərargah rəisinin əməliyyat üzrə müavini olub.

6- İraq Kürdüstanının Parlamentdəki Ədalət fraksiyasının, Dəyişiklik fraksiyasının, Yeni Nəsil Və Müstəqil Nümayəndələr fraksiyasının 12 deputatı parlamentin hazırkı müddətinin uzadılmasına etiraz olaraq istefa verib.

7- Noyabrın 1-də İraqın baş naziri keçmiş müvəqqəti hökumətin təyinatlar etmək səlahiyyətinə malik olmadığını bəyan etdi və müvəqqəti hökumətin 8 oktyabr 2021-ci il tarixindən sonra Mustafa Əl-Kaziminin başçılığı ilə verdiyi bütün sərəncamları ləğv etdi.

8- Noyabrın 1-də İranın Baş Prokuroru Möhseniye Ejeyi, iraqlı həmkarı Faiq Zeydana yazdığı məktubda general Süleymaninin qətlinin səbəbkarlarına aid cinayət işinin sürətləndirilməsini tələb edib.

9- Oktyabrın 30-da İraqın baş naziri Məhəmməd Şəyya Əl-Sudani İran İslam Respublikasının səfiri Məhəmməd Kazım Ali-Sadiq ilə görüşüb. O, bu görüşdə İranın Şiraz şəhərindəki son terror aktını pisləyib və İraq hökuməti və xalqının bu hadisənin qurbanları ilə həmrəy olduğunu vurğuladı.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir