İran qitələrarası ballistik raketlərə sahib olduğunu rəsmi olaraq nümayiş etdirir?! + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu “Qaim-100” peyk daşıyanı orbitə çıxarmaqla 5500-12500 km mənzilli raketlərə rəsmi olaraq nail olduğunu nümayiş etdirdi.
Qitələrarası raketlər, 5500 km-dən çox uçuş məsafəsinə malik olan ballistik raketlərin bir növüdür. Bu raketlər 300 km-dən çox uçuş tavanı qabiliyyətinə malikdirlər.
İran ötən illərdə kosmik texnologiya infrastrukturunu inkişaf etdirmək üçün müxtəlif siniflərdə və müxtəlif yanacaqlarla çox saylı raketlər hazırlayıb və uçuş tavanını 500 km-ə çatdıra bilmişdir.
İranın peyk daşıyan raketinin sonuncu nümunəsində bu raket əvvəlki nümunə ilə müqayisədə nəzərəçarpacaq dərəcədə dəyişiklik baş verib. 80 kq yük daşıma qabiliyyətinə malik Qaim-100 peyk daşıyıcısında, Qaim ilə müqayisədə çoxlu dəyişikliklər baş verib.
Qaim-100 peyk daşıyıcısının orbitə buraxıldığı andan yayımlanan videoda, buraxılışdan qısa müddət sonra raket öz istiqamətini sürətlə dəyişir; Nəticədə, hərəkət edən ucluğu bərk yanacaq mühərrikindən istifadə edilmişdir ki, bu da yeganə mövcud olan Rafee mühərriki nümunəsidir. Videoda aydın olduğu kimi, kompozit korpus və qaldırıcı mühərrikin yüksək gücü sayəsində Qaim-100 peyk daşıyıcısı yüksək atıcılığa malikdir. Qaim-100 peyk daşıyıcısının yeni texnologiyaları sırasında mühərrikin yüngülliyini, mühərrik üçün hərəkət edən ucluğun olması və ehtimal ki, yeni qarışıq bərk yanacağın istifadəsini qeyd etmək olar.
Nəticədə yüksək enerji sıxlığına, bol itələmə qabiliyyətinə malik yeni yanacağın istifadəsi və raketin ümumi çəkisini azaldan tamkompozit mühərrikin istifadəsi səbəbindən bu raketin sürətlənməsi xeyli artmış və İran praktiki olaraq 5500 kilometrdən çox mənzilə çatıb.
Qeyd etmək lazımdır ki, Qaim-100 peyk daşıyıcısının sınağı şəklində həyata keçirilən raketin buraxılışı 11000 km mənzilli Amerika MGM-134 Midgetman raketinə çox oxşardır.
Beləliklə, İslam İnqilabı Keşikçiləri Korpusunun qabiliyyətinə görə, İran qitələrarası ballistik raket istehsal etmək niyyətində olarsa, bütün lazımi texnologiyalara sahib olduğu üçün buna imkanı var. İslam İnqilabı Keşikçiləri Korpusunun ixtiyarında olan yeni texnologiyalar iki və üç mərhələli bərk yanacaq formasında 5500-12500 kilometr mənzilli raketlərin yaradılması imkanını təmin və Avropadakı hətta Amerika qitəsindəki hədəfləri hədəfə almaq mümkün edir.
Bu, çox böyük nailiyyət, İranı bu texnologiyaya sahib olan azsaylı ölkələrdən biri edib. İbrani-Ərəbi-Qərbi cəbhəsi də bu məsələni dərk edərək özünü təhlükədə görür və İranın qitələrarası ballistik raketlər vasitəsilə “çəkindirmə gücü” sahəsində əldə etdiyi nailiyyətlərdən hədsiz qorxuya düşüb.
Daha çox oxuyun: Qaim-100 peyk daşıyıcısının suborbital buraxılışı uğurla həyata keçirilib + VİDEO və FOTO
Rəy