Yəməndə baş verən son hadisələr, 20 Fevral 2022
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Ənsarullah və Səudiyyə koalisiya qüvvələri arasında Həccənin şimal cəbhələrində və Məribin cənubunda qarşıdurmalar davam edir.
1- Mərib:
- Əl-Bələq yüksəkliklərinin şərqində və Mərib şəhərinin cənub girişində Ənsarullah və Səudiyyə koalisiya qüvvələri arasında qarşıdurmalar.
- Mərib şəhərində Aali Cəlal qəbiləsinin Mənsur Hadi qüvvələri ilə qarşıdurması.
2- Həccə:
Ənsarullah və Səudiyyə koalisiya qüvvələri arasında Midi, Əbəs və Hərəz şəhərlərində qarşıdurmalar davam edir.
3-Səədə:
- Ənsarullah Ələb keçidinin cənubunda Səudiyyə koalisiya qüvvələrinin hücumunu dəf edib.
- Səudiyyə koalisiyası artilleriyasının Şada və Baqam şəhərlərinə hücumları nəticəsində 9-u qadın olmaqla 11 mülki şəxs yaralanıb.
4- Səudiyyə koalisiyasının hava hücumları:
Səudiyyə koalisiyasının qırıcıları son 48 saat ərzində Ənsarullaha aid mövqeləri 42 dəfə bombalayıblar.
Hücumların təfərruatları: Həccə əyalətində 32 dəfə Hərəz şəhəri, Mərib əyalətində 5 dəfə Əl-Cəvbə şəhəri və 3 dəfə Əl-Vadi şəhəri və Əl-Bayda əyalətində 2 dəfə Əl-Səvadiyyə şəhəri.
5- Əl-Hudəydə:
Səudiyyə koalisiya qüvvələri son 48 saat ərzində əyalətdə 332 atəşkəsi pozublar.
Şəkil Hərəz şəhərində son bir neçə gündə baş verən qarşıdurmalarda çəkilib.
Rəy