Milyonlarla iranlı qlobal hegemon qüvvələrə qarşı nümayişlər keçirib + VIDEO və FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran xalqının müxtəlif təbəqələrindən olan milyonlarla insan, xüsusən də tələbə və gənclər 13 Aban, tələbə günü və Amerikanın casusluq yuvası olan səfirliyinin ələ keçirilməsinin ildönümü münasibətilə İranın bütün şəhərlərində toplaşaraq nümayişlər keçiriblər.
Dünən 4 noyabr tarixində yerli vaxtla İranda saat 9:30-dan 11-dək 900-dən çox şəhər və əyalətdə 13 Aban anım mərasimi tələbələrin və digər insanların böyük iştirakı ilə keçirilib. Bu gündə İran xalqı 13 Aban yürüşündə iştirak edərək, qlobal hegemon qüvvələrin uzun müddətdir davam edən hiylələrinə və xüsusən də İranda son vaxtlar baş verən iğtişaşlara qarşı ayıqlıq, birlik və həmrəylik nümayiş etdirdi.
1978-ci il noyabrın 4-də şəhid tələbələrin xatirəsini ehtiramla yad etmək məqsədilə İslam İnqilabı tarixində bu gün Tələbə Günü adlandırılıb. Həmçinin inqilabın əvvəlində və müvəqqəti hökumətin hakimiyyəti dövründə tələbələrin şəhadətindən bir il sonra xalq, xüsusən də Tehran universitetlərinin tələbələri dağıdıcı hücumlara etiraz olaraq elə həmin gün Tehrandakı Amerika səfirliyini ələ keçirdilər. İmam Xomeyni (r.ə) bu xalq hərəkatını yüksək qiymətləndirmiş və casus yuvasının ələ keçirilməsini ikinci inqilab və birinci inqilabdan daha böyük adlandırmışdır.
Hesablamalara görə, ölkə boyu keçirilən 13 Aban yürüşündə 10 milyondan çox iranlı iştirak edib. Dünən İran xalqının möhtəşəm yürüşünün şəkilləri:
Rəy