Sərayəl-Qüds komandirlərindən biri Cənində şəhid oldu + FOTO və VİDEO

Cümə 4 Noyabr 2022 - 16:11
https://az.iswnews.com/?p=15023

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İslami Cihad hərəkatının hərbi qolunun komandirlərindən birinin Cənində sionist rejimi tərəfindən şəhid edilməsindən sonra Fələstin müqavimət dəstələri işğal olunmuş ərazilərə doğru 3 raket atıb.

Noyabrın 3-də İslami Cihad hərəkatının Cənindəki hərbi qolu olan Sərayəl-Qüds komandirlərindən Faruq Cəmil Həsən Səlamə sionist rejim hərbçiləri ilə toqquşma zamanı yaralanıb və xəstəxanaya aparıldıqdan sonra şəhid olub.

Səlamənin şəhadətindən sonra Fələstin müqavimət dəstələri işğal olunmuş ərazilərə doğru 3 raket atıb, bundan sonra “Dəmir Qübbə” müdafiə sistemi işə düşüb və həyəcan təbili çalıb. İsrail mənbələri bu hərəkətin Faruq Səlamənin şəhadətinə cavab olaraq Sərayəl-Qüds tərəfindən edildiyini iddia edib.

Bu gün noyabrın 4-də səhər saatlarında Fələstin müqavimətinin işğal olunmuş ərazilərə raket hücumuna cavab olaraq, İsrail rejimi qırıcıları Qəzzanın şimal, cənub və mərkəzindəki bölgələri hədəfə alıblar. Bu hücumlardan sonra Qəzza zolağının mərkəzində yerləşən Əl-Məğazi düşərgəsinin böyük bir hissəsində elektrik enerjisi kəsilib.

İsrailin Qəzzaya hava hücumunun görüntüsü
İsrail ordusunun Qəzza zolağındakı hədəflərə hava hücumunun videosu
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir