Tehranda Suriya xarici işlər naziri İran prezidenti ilə görüşüb
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyanın xarici işlər naziri Tehranda İran prezidenti ilə görüşərək ikitərəfli əməkdaşlığın artırılması və iki ölkə arasında strateji əlaqələrin dərinləşdirilməsini müzakirə edib.
Noyabrın 2-də Suriyanın xarici işlər naziri Feysəl Miqdad Tehranda İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb və müzakirələr aparıb.
Bu görüşdə İran prezidenti bəyan edib ki, “Suriya bir neçə illik böhran və qarşıdurma və düşmənlərinin məğlubiyyətindən sonra indi iqtisadi əməkdaşlığa diqqət yetirməklə İranla strateji əlaqələrini yeni arenalara çıxarmaq vəziyyətindədir”.
O, vurğulayıb: “Suriyanı böhrana salan şəxslər İran İslam Respublikasına qarşı fitnə yaratmağa çalışırlar. Düşmənlər gördükdə ki, dövlət çevrilişi, məcburi müharibə və illərlə davam edən təhdidlər, terror və sanksiya siyasətləri İran xalqının tərəqqisinə mane ola bilməz, onlar tamamilə açıq və aydın şəkildə İrana qarşı iğtişaşlar yaratmaq üçün meydana gəliblər”.
Bu görüşdə həmçinin Suriyanın xarici işlər naziri Şirazın Şahçerağ ziyarətgahında törədilən terror cinayətini qınayıb və vurğulayıb ki, “İran və Suriya arasında strateji əlaqələr qüdrətlə davam edəcək. Aydın məsələdir ki, Suriyada region xalqlarının düşmənləri məğlub olanda, onların qüdrətli İran xalqına qarşı məqsədlərinə çatmaq şansı mütləq olmayacaq”.
Miqdad bəyan edib ki, “Suriya qətiyyətlə İranın yanındadır və Amerika, İsrail və digər Qərb ölkələrinin İranın təhlükəsizliyini və sabitliyini zəiflətmək istiqamətində hərəkətlərinə qarşıdır”.
Suriyanın xarici işlər naziri Tehrana səfər planları çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə də görüşüb və müzakirələr aparıb. Bu görüşdə tərəflər ikitərəfli münasibətlər, iqtisadi və ticari əməkdaşlıq və regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Bu görüşdə Feysəl Miqdad bir daha Suriyanın JCPOA (nüvə) danışıqlarında İranın mövqeyini dəstəklədiyini və Qərb ölkələrinin bu danışıqlarda qeyri-konstruktiv hərəkətlərindən əl çəkəcəklərinə ümid etdiyini açıqlayıb.
Qeyd edək ki, Suriya xarici işlər naziri noyabrın 1-də İran İslam Respublikasının Dəməşqdəki səfiri Mehdi Sobhaninin müşayiəti ilə İranın yüksək rütbəli rəsmiləri ilə üç günlük səfərdə görüşmək üçün Tehrana səfər edib.
Rəy