Cənub bölgəsində Azərbaycan Ordusunun təlimləri başlayıb + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Cənub bölgələrində Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb.
Müdafiə Nazirliyinin bu barədə 2 noyabr tarixində verdiyi bəyanatı olduğu kimi sizə təqdim edirik:
“Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb.
Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlimin planına əsasən hərbi hissələr “Həyəcan” siqnalı ilə qaldırılıb.
Daimi dislokasiya məntəqələrini tərk edən xüsusi təyinatlılar əməliyyat rayonlarına çıxarıldıqdan sonra komandirlərin məruzələri dinlənilib və tapşırıqlar dəqiqləşdirilib. Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri müvafiq olaraq təyin edilmiş aerodromlara və rayonlara cəmləşdirilib.
Digər qoşun növləri ilə qarşılıqlı fəaliyyət təşkil edilib.
Plana uyğun olaraq təlimin növbəti mərhələlərində xüsusi təyinatlı bölmələr onları dəstəkləyən Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının bölmələri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları icra edəcək.
Qeyd edək ki, təlim çərçivəsində xüsusi təyinatlı bölmələrin müəyyən xüsusi hazırlıqları üzrə ayrıca yoxlamalar keçirilir.”
Azərbaycan respublikasının keçirdiyi təlimlərdə xüsusi təyinatlı qüvvələrin iştirak etməsi səbəbsiz deyil.
Dövlət əslində İranla paralel, Azərbaycan xalqına sətiraltı mesaj ötürür. Hakimiyyət keçirdiyi bu təlimlə demək istəyir ki, İran Azərbaycan xalqına qarşı quru qoşunları vasitəsilə döyüşlər keçirmək istəyir və hədəfləri də Azərbaycan xalqıdır.
Əslində isə, İran İslam Respublikası Azərbaycan hakimiyyətini hədəfə alıb. Dəfələrlə bəyan olunub ki, İran İsrailin Azərbaycandakı varlığından narahatdır. Bu eynilə Rusiya-Ukrayna münaqişəsi kimidir. Əslində Rusiyanın Ukrayna xalqı ilə heç bir problemi yoxdur. Lakin, Qərbin muzduru olan Zelenski NATO-nu Rusiya sərhədlərinə çəkməklə, Vladimir Putin üçün çıxış yolu buraxmadı. Rusiya NATO-dan qorunmaq üçün məcburi şəkildə Ukrayna müharibəsini başlatdı.
Hazırda Azərbaycan və İran arasında da eyni proseslər gedir. Azərbaycan İsraili İran sərhədlərinə daşımaqla, İranı məcburi şəkildə müharibəyə çəkir.
Sözsüz ki, bu da İsrailin planıdır. İsrail İranla baş verə biləcək müharibəni öz sərhədlərindən uzaqlaşdırmağa çalışır.
Çox təssüf ki, Azərbaycan hakimiyyəti bu işdə İsrailin maraqları naminə, Azərbaycan xalqını qırğına vermək istəyir.
Rəy