Səudiyyə Ərəbistanında Hellouin bayramı; Qərbə doğru irəli! + FOTO
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Amerikanın “Hellouin” bayramı ilə bağlı söz-söhbətli görüntülərin yayılması bir çox dünya müsəlman vətəndaşlarının qəzəbinə və istehzasına səbəb olub.
Səudiyyə Ərəbistanında Ali-Səudun Vəliəhdi Məhəmməd bin Salmanın 2030 planına uyğun əsaslı dəyişikliklərinin davamı olaraq Səudiyyə Əyləncə Şurasının (Heyət Ət-Tərfih) dəstəyi və hökumətin maliyyələşdirilməsi ilə Amerikanın “Hellouin” bayramı keçirilib. Səudiyyə Ərəbistanında bu bayramın şəkillərinin nəşri söz-söhbətlərə səbəb olub, həmçinin bu ölkənin bir çox vətəndaşının və dünya müsəlmanlarının qəzəbinə və istehzasına səbəb olub. Bəziləri bunu Qərbdən kor-koranə təqlid kimi adlandırıb, bəziləri isə deyirlər ki, necə olur ki, Səudiyyə Ərəbistanında heç kimin Həzrət Peyğəmbərin (s) mövludunu qeyd etməyə haqqı yoxdur, amma Hellouin heç bir maneə olmadan qeyd olunur?!
Bu hadisə o baxımdan əhəmiyyətli və qəribədir ki, ötən illərdə Səudiyyə Ərəbistanında bu cür şənliklər keçirməyi planlaşdıran hər kəs həbs edilib və bu ölkədə Qərbi təqlid edən ümumi proqramlar Səudiyyə Ərəbistanının hakimiyyət orqanları və alimləri tərəfindən yatırılıb, lakin bu il Ər-Riyad şəhəri, qorxulu üzlər, şeytana sitayiş edənlərin paltarlarını güyinmiş və s. insanların bu bayramı qeyd etdiklərinin şahidi oldu. Bayramın bu cür qeyd olunması tabunu qırmaq və bu ölkə üçün mədəni böhran kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, Məhəmməd bin Salmanın Səudiyyə Ərəbistanının mədəniyyət sektorunda neoliberal hərəkətləri 2016-cı ildə Əyləncə Şurasının yaradılması ilə başlayıb. Bu qurumun məqsədlərindən biri də Qərb festivallarını təqlid edərək müxtəlif şənliklər və əyləncə proqramları təşkil etmək və Səudiyyə Ərəbistanında İslam mədəniyyəti proqramlarının qarşısını almaq və ya məhdudlaşdırmaqdır.
Rəy