Yəmən Silahlı Qüvvələri BƏƏ-yə qarşı “Yəmən Fırtınası” əməliyyatının təfərrüatlarını açıqlayıb

Çərşənbə axşamı 18 Yanvar 2022 - 17:18
https://az.iswnews.com/?p=149

“İslam Dünyası Xəbərləri” agentliyinə görə, Yəmən Silahlı Qüvvələri yanvarın 17-də səhər saatlarında keçirilən əməliyyatı ABŞ, Səudiyyə Ərəbistanı və BƏƏ-nin Yəmənə qarşı təcavüzünə hüquqi cavab olduğunu bilidirib və əməliyyatın uğurlu nəticələr əldə etdiyini açıqlayıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri Yəməndə “Yəmən Fırtınası” əməliyyatı haqqında deyib:
“Dubay və Əbu-Dabi hava limanları, Əbu-Dabidəki Əl-Musəffəh neft emalı zavodu və BƏƏ-nin bir sıra mühüm və həssas obyektləri Yəmən Fırtınası əməliyyatının hədəfi olub.

Əməliyyat beş ballistik və qanadlı raket və çoxlu sayda PUA ilə həyata keçirilib.

Silahlı qüvvələr verdiyi vədləri yerinə yetirir. Biz işğalçı ölkələrə bir daha xəbərdarlıq edirik ki, zərbələr getdikcə daha ağrılı olacaq. Xarici şirkətləri, vətəndaşları və düşmən ölkə “BƏƏ”nin sakinlərini təhlükəsizliklərini qorumaq üçün həyati əhəmiyyət kəsb edən obyektlərdən uzaq durmağa xəbərdar edirik.

Yəmən Silahlı Qüvvələri bəyan edir ki, BƏƏ Yəmənə qarşı müharibə apardığı müddətdə təhlükəsiz ola bilməyəcək.”

Yəhya Səri yanvarın 18-da səhər saatlarında qısa mesajında ​​əlavə edib: “Yəmən Fırtınası əməliyyatında Əl-Musəffəh neft emalı zavodu və Əbu-Dabi hava limanı dörd Qüds-2 qanadlı raketi ilə hədəfə alınıb,  Zülfiqar ballistik raketi Dubay hava limanını da hədəfə alıb. Bir neçə “Səməd 3” PUA-ı qeyd olunan hədəflərlə yanaşı, bir sıra digər həssas və mühüm hədəflərə də zərbə endirib.”

Qeyd edək ki, “Yəmən Fırtınası” əməliyyatı Əl-Musəffəh Sənaye Bölgəsində partlayışa və bu ərazidə yanacaq tankerlərinin yanmasına, həmçinin Əbu-Dabi hava limanında uçuşların ciddi şəkildə pozulmasına səbəb olub.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir