BMT İsrailin nüvə silahlarına qarşı qətnamə qəbul etdi! + FOTO

Çərşənbə axşamı 1 Noyabr 2022 - 00:26
https://az.iswnews.com/?p=14826

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Birinci Komitəsi səs çoxluğu ilə İsrailin nüvə silahlarını məhv etməli və hər hansı fəaliyyətinin Beynəlxalq Atom Enerji Agentliyi Təşkilatının nəzarəti altında həyata keçirilməli olduğunu elan edib.

Oktyabrın 30-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Birinci Komitəsi sionist rejimin nüvə proqramlarına qarşı qətnamə qəbul edib. Bu qətnamədə İsraildən nüvə silahlarının sayını açıqlaması və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) üzv olması tələb olunub. Həmçinin, nüvə obyektlərinin Beynəlxalq Atom Enerji Agentliyinin nəzarətində olması istənilib .

İran İslam Respublikası, Çin və Rusiya da daxil olmaqla 152 ölkə bu qətnamənin lehinə, ABŞ, Kanada, Palau, Mikroneziya və sionist rejim kimi üzvlər isə əleyhinə səs verib. Almaniya, Britaniya, Hindistan, Polşa, Fransa və Albaniya da bitərəf qalıb.

İndiyədək İsrail rejiminin təcavüzkar hərəkətlərinə, atom proqramına və nüvə silahlarına qarşı Birləşmiş Millətlər Təşkilatı tərəfindən bir neçə qətnamə qəbul edilib ki, bu da yalnız siyasi və simvolik aspektə malik olub, icra və əməliyyat mərhələsinə gəlib çatmayıb.

Səsvermənin nəticəsi
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir