Mişel Aun Livan hökumətini istefaya göndərdi!

Bazar 30 Oktyabr 2022 - 23:56
https://az.iswnews.com/?p=14800

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Livan prezidenti müvəqqəti fəaliyyət göstərən hökumətin istefası barədə fərman imzalayıb.

Bu gün oktyabrın 30-da Livan prezidenti Mişel Aun bu ölkənin prezidenti kimi son iş günündə baş nazir Nəcib Miqatinin rəhbərlik etdiyi “İşlərin İnkişafı” hökumətinin istefası ilə əlaqəli sərəncam imzalayıb. O, 6 ildən sonra prezident sarayını tərk edəcək.

Aun Əl-Rabiyədəki iqamətgahına getməzdən əvvəl tərəfdarlarına “Konstitusiyanın mənə verdiyi səlahiyyətlərə əsaslanaraq, parlamentə məktub yazdım və hökuməti istefaya göndərdim” dedi.

Bununla əlaqədar olaraq Livanın baş naziri Nəcib Miqati hökumətin istefasını imzalamasını qeyri-qanuni adlandırıb və bildirib ki, “Bu sərəncamın heç bir hüquqi dəyəri və etibarı yoxdur. Şübhəsiz ki, bu istefanın konstruktiv tərəfi yoxdur və yalnız təbliğat xarakterlidir”.

Qeyd edək ki, Mişel Aunun bu hərəkəti Livan parlamentinin dörd iclas keçirməsinə baxmayaraq (29 sentyabr, 13 oktyabr, 20 oktyabr və 24 oktyabr) yeni prezident seçə bilməməsindən sonra baş verib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir