Suriyada baş verən son hadisələr, 30 Oktyabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyaya gedən “Romina” və “Jasmine” adlı iki İran neft tankeri Süveyş kanalından keçərək Suriyanın Bənias limanına çatıb.
1- Hələb:
Oktyabrın 29-da Suriya ordusu Hələbin qərbində yerləşən Kəfərəmə və Əl-Qəsr kəndlərindəki terrorçuların mövqelərini artilleriya zərbələri ilə hədəfə alıb.
2- İdlib:
Oktyabrın 30-da İdlibin cənubunda yerləşən Şanan, Əl-Futeyrə və Bənin bölgələrindəki silahlı terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
3- Dəraa:
Oktyabrın 28-də İŞİD terror qruplaşmasının keçmiş üzvü Casim şəhərində naməlum silahlı şəxslər tərəfindən öldürülüb.
4- Deyr əz-Zor:
Oktyabrın 28-də Suriya Demokratik Qüvvələri (SDQ) Amerika koalisiyasının dəstəyi ilə Ziban qəsəbəsində bir neçə evə hücum edib, nəticədə bir qadın ölüb, bir neçə nəfər yaralanıb.
5- Raqqa:
– Oktyabrın 29-da Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə M4 magistralını və Eyn-İsa ətrafını hədəfə aldılar.
– Oktyabrın 29-da Türkiyə ordusunun hava təchizatları Təll-Əbyəz şəhəri üzərində uçuşlar keçirib.
6- Həsəkə:
– Oktyabrın 29-da Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumu ilə Təll-Təmər ətrafını hədəfə aldılar.
– Oktyabrın 27-də Türkiyə ordusunun Rəs Əl-Eyn şəhərinin kənarına artilleriya hücumları nəticəsində Suriya ordusunun qüvvələrindən biri şəhid olub, bir neçə nəfər yaralanıb.
7- Tərtus:
Oktyabrın 24-də Suriyaya gedən “Romina” və “Jasmine” adlı iki İran neft tankeri Süveyş kanalını keçərək Bənias limanına çatıb.
8- Oktyabrın 29-da Rusiyanın Suriyadakı Barışıq Mərkəzi elan edib: Terrorçular İdlib bölgəsində 3 dəfə atəşkəs rejimini pozublar, onlardan 2-si Latakiya vilayətində, 1-i isə Hələb əyalətində baş verib.
9- Oktyabrın 28-də Türkiyə Müdafiə Nazirliyi Fərat Qalxanı və Zeytun Budağı əməliyyat bölgələrində 13 kürd silahlısının öldürüldüyünü açıqlayıb.
10- Suriya Xarici İşlər Nazirliyi bəyanat yayaraq Şirazda Şahçerağ (ə) ziyarətgahında törədilən terror aktını kəskin şəkildə qınayıb. Bəyanatda deyilir: “Bu terror hücumu bir daha göstərdi ki, digər ölkələrin sülh və sabitliyini pozmaq və onları Amerikadan asılı vəziyyətdə saxlamaq məqsədi üçün terrorizm, Amerika siyasətinin əsas alətlərindən birinə çevrilib”.
Rəy