İraqda baş verən son hadisələr, 29 Oktyabr 2022

Şənbə 29 Oktyabr 2022 - 23:46
https://az.iswnews.com/?p=14743

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraq parlamentinin deputatları, Əs-Sudani Kabinetinin nazirləri və onun hökumətinin planlarına səs verdikdən bir gün sonra, hakimiyyətin Mustafa Əl-Kazimidən Məhəmməd Şəyya Əs-Sudaniyə rəsmi təhvil verilməsi mərasimi, İraq Baş Nazirliyinin sarayında keçirilib.

1- Bağdad:
– Oktyabrın 27-də İraq parlamenti iclas zamanı Əs-Sudani kabinetinin nazirlərinə və onun hökumətinin planlarına etimad səsi verdi.

Daha çox oxuyun: İraq Parlamenti Əs-Sudani hökuməti nazirlərinə etimad səsi verib

– Oktyabrın 28-də İraqın Baş Nazirliyi sarayında hakimiyyətin Mustafa Əl-Kazimidən Məhəmməd Şəyya Əs-Sudaniyə verilməsinin rəsmi mərasimi keçirilib.
– Oktyabrın 29-da ABŞ-ın İraqdakı səfiri Alina Romanoski Bağdadda İraqın baş naziri Məhəmməd Şəyya Əs-Sudani ilə görüşüb.
– Oktyabrın 29-da İraqın baş naziri Məhəmməd Şəyya Əs-Sudani Səudiyyə Ərəbistanının Bağdaddakı səfiri Əbdüləziz Əl-Şəmmarini qəbul edib. Bu görüşdə tərəflər iki ölkə arasındakı əlaqələrin gücləndirilməsini müzakirə ediblər.

2- Dohuk:
Oktyabrın 23-də Türkiyə qırıcı təyyarələri İraqın şimalında yerləşən Dohuk əyalətindəki hədəflərə zərbə endirib. Bu hücum nəticəsində ölən və dəyən zərərin miqdarı barədə məlumat dərc edilməyib.

3- Neynəva:
Oktyabrın 28-də Türkiyə ordusunun qırıcıları Sincar ətrafında kürd silahlılarının mövqelərini hədəfə alıb.

4- Oktyabrın 23-də İraqın terrorla mübarizə orqanı Ərbil, Süleymaniyyə və Kərkükdə 7 terrorçunun həbs edildiyini açıqlayıb.

5- Oktyabrın 23-də İraqın baş naziri Məhəmməd Şəyya Əs-Sudani Aİ-nin Bağdaddakı səfiri Filieh Variola və bu ölkədəki AB məsləhət şurasının rəhbəri Andreas Vibarini qəbul edib.

6- Oktyabrın 24-də Bağdadın Əl-Kərx Cəza Məhkəməsi Əd-Dəvrə bölgəsində İmam Museyi Kazimin (ə) zəvvarları yolunda minalanmış avtomobilin partladılmasına görə məsul şəxsə ölüm hökmü çıxarıb.

7- Oktyabrın 29-da iki Amerika yanacaq dolduran təyyarəsi İraqın cənub bölgələri üzərində uçuş həyata keçirib.

8- Ən-Nücəbə Hərəkatının baş katibi Şeyx Əkrəm Əl-Kəəbi İraqın baş naziri Məhəmməd Şəyya Əs-Sudanidən bütün xarici hərbi qüvvələrin İraqdan çıxarılmasını istəyib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir