BƏƏ-nin Yəmənin Həzərmut sahillərindəki böyük bazası haradadır?

İslam Dünyası Xəbərləri
Yazar:İslam Dünyası Xəbərləri
Cümə axşamı 27 Oktyabr 2022 - 19:48
https://az.iswnews.com/?p=14675

Əl-Rəyyan, bu yaxınlarda Ənsarullahın hərbi hədəflərinin listinə daxil olan Həzərmut əyalətinin mərkəzi Əl-Mukəlla şəhərinin şərqində yerləşən sahil şəhəridir. BƏƏ-nin Amerika və İsrail şirkətlərinin və məsləhətçilərinin dəstəyi ilə Həzərmut əyalətinin neft ixracını artırmaq məqsədi ilə bu şəhərin hava limanı və dəniz limanını inkişaf etdirməsi bu sahil şəhərinin əhəmiyyətini göstərir.

Əl-Rəyyan hava limanının peyk görüntülərindən də göründüyü kimi, BƏƏ Həzərmut əyalətinin sahillərində fəaliyyətini artırıb. Hava limanı və Əl-Rayyan limanı ətrafındakı uçuş-enmə zolağı və binalar son illərdə tam şəkildə hazırlanıb və hava limanı ətrafında müxtəlif digər layihələr tikilir ki, bu da BƏƏ-nin Həzərmut sahilləri üçün uzunmüddətli planını göstərir.

Əl-Rəyyan hava limanının, daha doğrusu, Əl-Rəyyan hərbi bazasının peyk görüntülərini araşdıraraq, bu bazada BƏƏ-nin yerləşdirdiyi Patriot hava hücumundan müdafiə sistemlərinin yerini görürük. Bu məsələ Birləşmiş Ərəb Əmirliklərinin və ya ABŞ-ın hərbi nəqliyyat təyyarələrinin (C17 Globemaster, C295W, C-130 Hercules və V-22 Osprey) bu hava limanına uçuşu ilə yanaşı, Amerika şirkətlərinin iştirakını və məsləhətçilərinin mövcudluğunu tam yəqinə çatdırır. Bu, BƏƏ-nin 2019-cu ildə öz ordusunu Yəməndən çıxarmaq planına ziddir və onların Şəbvə əyalətindən qaz və Həzərmut əyalətindən neftin başqa yerlərə ixracında ciddi fəallığının sübutudur. Təbii ki, o zaman Ənsarullah və analitik medialar sənədlər təqdim etməklə BƏƏ-nin Yəməndən çıxması iddiasını rədd etmiş və Yəməndəki öz hərbi planlarını daha məqsəd yönlü surətdə davam etdirmələri kimi hesab etmişdilər.

Əl-Rəyyan hava limanı ətrafında Patriot Hava Hücumundan Müdafiə Sisteminin yerləşdirilməsi

“Patriot” hava hücumundan müdafiə sisteminin Yəməndə quraşdırılması yeni məsələ deyil və biz bu haqda əvvəllər Mərib, Ədən və Yəmənin bir neçə başqa yerində eşitmişik. Amma maraqlısı budur ki, bu sistem Ənsarullah dronlarının Əd-Dəbbə limanına son hücumunda heç bir performans göstərmədi! Əd-Dəbbə ilə Əl-Rəyyan bazası arasındakı məsafə 12 kilometrdən azdır və bu məsafə Patriotun reaksiyası üçün kifayətdir, lakin bu sistem müxtəlif səbəblərdən, o cümlədən bu hücumun xəbərdarlıq üçün olması, dronlarla üzləşməkdə imkansızlığı və ya onlarla üzləşməmək qərarı səbəbindən reaksiya vermədi.

Ümumiyyətlə, sahilyanı Əl-Rəyyan şəhəri Yəmənin, xüsusilə də Həzərmut əyalətinin neft məhsullarının ixracı üçün mənbəyə çevrilib və Ənsarullah bu məsələni diqqətdən kənarda qoya bilməz. Yəmən sərvətlərinin talan edilməsinə qarşı mübarizə Ənsarullah liderlərinin çıxışlarında əsas şüarlarından biridir və Birləşmiş Millətlər Təşkilatının elan etdiyi atəşkəsin sona çatması ilə bu məqamlar Ənsarullahın raket və dron hücumlarının yeni hədəfləri sayıla bilər.

Daha çox oxuyun: İsraillilər Həzərmut vilayətinin sahillərinə daxil olublar

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir