Şirazda Şahçerağ (ə) ziyarətgahına olan terror hücumunun təfərruatları + VİDEO və FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD terror qruplaşmasının agenti və ya agentlərinin Şiraz şəhərində Həzrət Əhməd bin Musa Kazım Şahçerağ (ə) hərəminə hücumu nəticəsində 33-dən çox insan şəhid oldu və yaralandı.
İranın Fars əyalətinin rəsmilərinin verdiyi məlumata görə, dünən 26 oktyabr tarixində yerli vaxtla saat 17:42-də 3 naməlum silahlı şəxs Şiraz şəhərində Həzrət Əhməd bin Musa Kazım Şahçerağın (ə) müqəddəs hərəminə daxil olaraq hərəmin xadimləri və mülki zəvvarlara atəş açıb. İranın Fövqəladə Hallar Nazirliyinin sözçüsü Müctəba Xalidinin sözlərinə görə, bu terror aktı nəticəsində 13 nəfər şəhid olub, biri qadın və üçü uşaq olmaqla 23 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu, oktyabrın 27-i səhər saatlarında bu iki nəfərin şəhid olması ilə şəhidlərin sayının 15-ə yüksəldiyi də bildirilib.
Fars əyaləti rəsmilərinin bəyanatlarının əksinə olaraq, həmçinin İŞİD terror qruplaşmasının bəyanatına əsasən, bu hücum Əhvazda 2018-ci il sentyabrın 22-də İran silahlı qüvvələrin paradında terror aktında iştirak etmiş silahlı şəxs tərəfindən həyata keçirilib. Rəsmi şəxslərin verdiyi hesabata görə, bu şəxs təkfirçi və İranda yaşayan xarici ölkə vətəndaşı olub və təhlükəsizlik qüvvələri tərəfindən həbs olunduqdan sonra müalicə olunmaq üçün Şiraz xəstəxanalarından birinə köçürülüb.
Şiraz xəstəxanalarının tibb işçilərinin səylərinə baxmayaraq, Şirazda Həzrət Əhməd bin Musa Kazım Şahçerağın (ə) müqəddəs hərəmində terror aktını törədən şəxs təhlükəsizlik qüvvələri ilə toqquşmada aldığı xəsarətlər səbəbindən öldü.
Bəzi KİV-lərin müxtəlif iddialarının əksinə olaraq, bu şəxsin kimliyi hələ də müəyyən edilməyib.
Rəy