Suriyada baş verən son hadisələr, 26 Oktyabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Həsəkə vilayətində yerləşən Qamışlı şəhərinin Mislon məhəlləsində kürd silahlılarına məxsus qərargah Türkiyə ordusunun dron hücumuna məruz qalıb və nəticədə 4 kürd silahlısı öldürülüb.
1- Hələb:
– Oktyabrın 23-də Afrin şəhərinin cənubunda yerləşən Əl-Basutə qəsəbəsində mübadilə əməliyyatı zamanı 13 “Təhrir Əş-Şam” və 27 “Ceyşul-Vətani” terrorçusu dəyişdirilib.
Daha çox oxuyun: Afrin bölgəsində terrorçuların qarşıdurmaları ilə bağlı son xəbərlər, 24 Oktyabr 2022
– Oktyabrın 24 və 26-da Hələbin qərbində yerləşən Kəfərnuran kəndindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumlarına məruz qalıb.
– Oktyabrın 25-də Hələbin qərbində yerləşən Kəfərəmə və Əl-Qəsr kəndlərindəki terrorçuların mövqeləri artilleriya hücumları ilə hədəfə alınıb.
2- İdlib:
– Oktyabrın 25-də İdlibin cənubunda yerləşən “Əlbarə”, “Sufohan” və “Kansafra” ətraflarında yerləşən terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Oktyabrın 23-də İdlibin cənubunda yerləşən Şanan, Əl-Ruvayha, Məqdaliya və Bənin bölgələrindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
3- Dəraa:
– Oktyabrın 24-də terrorçuların iki keçmiş üzvü Dəraa əyalətinin Təll Şahab bölgəsində naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.
4- Deyr əz-Zor:
– Oktyabrın 23-də Deyr Əz-Zor hava limanı yaxınlığında mina partlaması nəticəsində bir mülki şəxs həlak olub.
– Oktyabrın 23-də Suriya Demokratik Qüvvələrinin (SDQ) Ədnan Əl-Məəsər adlı qüvvəsi Əl-Səbhə qəsəbəsində naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.
– Oktyabrın 25-də Suriya Demokratik Qüvvələrinin (SDQ) Əl-Roz kəndindəki keçid məntəqəsi İŞİD ünsürlərinin hücumuna məruz qalıb. Hələlik bu hücum nəticəsində ölən və dəyən ziyanla bağlı heç bir məlumat dərc edilməyib.
5- Raqqa:
– Oktyabrın 25-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə M4 magistralını və Eyn-İsa ətrafını hədəfə alıblar.
6- Həsəkə:
– Oktyabrın 24-də Həsəkə vilayətində yerləşən Qamışlı şəhərinin Mislon məhəlləsində kürd silahlılarına məxsus qərargah Türkiyə ordusunun dron hücumuna məruz qalıb. Bu hücum nəticəsində 4 kürd silahlısı öldürülüb.
– Oktyabrın 24-də Suriya ordusu qüvvələri altı zirehli maşından ibarət Amerika koalisiyasının karvanının Qamışlı şəhəri ətrafında Əl-Damxiya Əs-Səğirə kəndi keçid məntəqəsindən keçməsinin qarşısını alıb.
– Oktyabrın 24-də Türkiyə Kəşfiyyat Xidməti Əl-Şəddadi şəhərində kürd silahlı birləşmələrinin cəbhə komandirlərindən biri olan “Əyyub Yaqutun” öldürüldüyünü açıqladı.
7- Dəməşq:
– Oktyabrın 24-də sionist rejim qırıcıları Suriyanın Dəməşq əyalətindəki hədəflərə bir neçə raket zərbəsi endirib, nəticədə suriyalı hərbçi yaralanıb. Bununla bağlı daha ətraflı məlumat verilməyib, lakin Suriya ordusunun Dəməşqin qərbində yerləşən “Dimas” bölgəsindəki mövqelərinin bu hücumun hədəflərindən biri olduğu bildirilir.
Daha çox oxuyun: Sionist rejim Dəməşqə hava zərbələri endirib
8- Oktyabrın 25-də Türkiyənin Müdafiə Nazirliyi Sülh Çeşməsi və Fərat Qalxanı əməliyyat bölgələrində 6 kürd silahlısının öldürüldüyünü açıqladı.
Rəy