Afrin bölgəsində terrorçuların qarşıdurmaları ilə bağlı son xəbərlər, 24 Oktyabr 2022

Bazar ertəsi 24 Oktyabr 2022 - 21:47
https://az.iswnews.com/?p=14546

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Heyət Təhrir Əş-Şam terrorçuları Ceyşul-Vətani terroçuları ilə razılığa gəldikdən sonra Afrin şəhərindəki mövqelərindən geri çəkilməyə başlayıblar, lakin bəzi qüvvələr bu razılaşmanı qəbul edib şəhəri tərk etməkdən imtina ediblər.

Son günlərdə Heyət Təhrir Əş-Şam və Ceyşul-Vətani Hələb əyalətində yerləşən Afrin şəhərinin Ceyşul-Vətani terrorçularına təhvil verilməsi ilə bağlı razılıq əldə etdikdən sonra Heyət Təhrir Əş-Şam qüvvələri şəhəri təxliyə və ərazidən çıxmağa başlayıblar.

Bəzi yerli mənbələrin iddialarına görə, bu qərar Türkiyənin təzyiqi və vasitəçiliyindən sonra verilib, lakin Heyət Təhrir Əş-Şam qüvvələrinin yalnız bir hissəsi Afrindən İdlibə doğru çıxıb, bu qrupdan bir sıra hərbçilər, təhlükəsizlik qüvvələri və mülki işçilər hələ də bu şəhərdə məskunlaşıblar və bu ərazini tərk etməkdən imtina edirlər.

Münaqişə tərəfləri arasında razılaşmaya uyğun olaraq Təhrir Əş-Şam qüvvələri Kəfərcanə kəndini tərk edib və Ceyşul-Vətani terrorçuları bu kəndi nəzarətə götürüb. Həmçinin dünən Afrinin cənubundakı Əl-Basutə qəsəbəsində mübadilə əməliyyatı zamanı 13 Təhrir Əl-Şam terrorçusu və 27 Ceyşul-Vətani terrorçusu dəyişdirilib.

Bununla əlaqədar Türkiyə ordusu son günlər Təhrir Əş-Şam qüvvələrinin Afrinə köçürülməsinin qarşısını almaq və qarşıdurmaları azaltmaq üçün Deyrbalut, Əl-Qazaviyə bölgələrində bir sıra nəzarət-buraxılış məntəqələri yaradıb. Bildirilir ki, Türkiyə ordusu Təhrir Əş-Şam qüvvələrinin münaqişə bölgələrinə, xüsusilə Afrin bölgəsinə aparan keçid məntəqələrindən keçməsinə mane olub.

Görünən odur ki, Türkiyə maneələr və nəzarət-buraxılış məntəqələri yaratmaqla münaqişə bölgələrinə Təhrir Əş-Şamın daha çox qüvvələrinin göndərilməsinin qarşısını almaq niyyətindədir ki, bu hərəkət sonda Təhrir Əş-Şam terrorçularının nəzarətə götürdükləri ərazilərdən çıxarılmasına və münaqişələrin başa çatmasına səbəb olsun.

Daha çox oxuyun:
Afrin bölgəsində Təhrir əş-Şam terrorçularının əməliyyatından son xəbərlər, 18 Oktyabr 2022
Təhrir Əş-Şam Afrin şəhəri üzərində tam nəzarəti ələ götürdü!

Yüksək keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir