Fələstində baş verən son hadisələr, 24 Oktyabr 2022

Bazar ertəsi 24 Oktyabr 2022 - 19:25
https://az.iswnews.com/?p=14543

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İbrani mediaları İsrail ordusunun işğal olunmuş Fələstinin cənubundakı bazalarından birinin silah anbarından 30 min döyüş patronu oğurlandığını bildiriblər.

– HƏMAS İslami müqavimət hərəkatı sionist rejimin Suriya ərazisinə son cinayət hücumunu qınayıb.
– Oktyabrın 21-də İsrail qırıcıları Dəməşq ətrafında yerləşən hədəflərə bir neçə raket zərbəsi endirib. Suriya hərbi mənbəsinin məlumatına görə, cümə günü yerli vaxtla saat 23:03-də düşmən İsrail Təbəriyyə gölünün şimal-şərq tərəfindən Dəməşq şəhəri ətrafındakı məntəqələri hədəfə alaraq raket zərbələri endirib. Bu hücumda itki olmayıb.

Daha çox oxuyun: İsrail Suriyaya havadan zərbələr endirib

– Oktyabrın 21-də Fələstin Qızıl Aypara Cəmiyyətinin verdiyi məlumata görə, Nablusun cənubunda fələstinlilərlə İsrail əsgərləri arasında baş verən qarşıdurma nəticəsində 78 nəfər yaralanıb.
– Sionist Ordu Radiosunun müxbirinin verdiyi məlumata görə, işğal olunmuş Fələstindən Hindistana 10-dan çox aviareys Oman hakimiyyət orqanlarının İsrail təyyarələrinin bu ölkə səması üzərində uçuş icazəsi verməməsi səbəbindən ləğv edilib.
– Oktyabrın 21-də İsrail rejiminin Cəninə hücumu zamanı “Səlah Əl-Bəriki” adlı bir fələstinli sionist əsgərlər tərəfindən güllələnərək şəhid olub, üç nəfər yaralanıb.
– Oktyabrın 19-da işğal altındakı Qüdsdə yerləşən Məaliyyə Ədumim şəhəri yaxınlığında “Udey Ət-Təmimi” adlı fələstinli gəncin silahlı əməliyyatı nəticəsində İsrail təhlükəsizlik qüvvələrinin biri ağır yaralanıb.

Daha çox oxuyun: İşğal olunmuş Qüdsdə əməliyyat; Bir Sionist yaralandı + FOTO

– İbrani mediaları İsrail ordusunun işğal olunmuş Fələstinin cənubundakı bazalarından birinin silah anbarından 30 min döyüş patronu oğurlandığını bildiriblər. Bu rejimin polisi bu sahədə araşdırmalara başlayıb.
– Sionist rejimin (Şabak) daxili təhlükəsizlik xidmətlərinin keçmiş rəhbəri sionist cəmiyyətində geniş yayılmış və görünməmiş ixtilaflar səbəbindən mümkün vətəndaş müharibəsinin təhlükələri barədə xəbərdarlıq edib.
– İsrailin baş naziri Yair Lapid bəyan edib ki, Likud qarşıdan gələn Knesset seçkilərində Benyamin Netanyahunun məğlubiyyətinin nəticələrini qəbul etməyə bilər.
– Oktyabrın 23-də Nablus şəhərinin köhnə hissəsində İsrail muzdlularının bomba ilə təchiz etdikləri motosikletin partlaması nəticəsində “Ərinul-Usud” müqavimət dəstəsinin komandirlərindən olan “Tamer Kilani” şəhid olub. Ərinul-Usud dəstəsi bu cinayətə cavab olaraq sionist işğalçılarına sərt zərbələr endirəcəyini vəd edib.

Daha çox oxuyun: Nablusda Ərinul-Usud müqavimət dəstəsinin görkəmli komandirlərdən biri şəhid edildi + FOTO

– Sionist rejim Nazirlər Kabinetinin təsdiqi ilə Herzi Halevi İsrail Ordusunun Baş Qərargahının yeni rəisi seçildi.
– Oktyabrın 24-də İsrail əsgərləri işğal altında olan Negevdə yerləşən Əl-Əraqib kəndinə hücum edərək, bu kəndi ardıcıl 208-ci dəfə olaraq dağıdıblar.
– Oktyabrın 23-də Fələstin Milli İdarəsinin rəhbəri Mahmud Abbas Əlcəzair prezidenti Əbdülməcid Tabunla telefon danışığı aparıb.
– Ötən 24 saat ərzində 9 fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edilib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir