Sionist rejim Dəməşqə hava zərbələri endirib

Bazar ertəsi 24 Oktyabr 2022 - 18:49
https://az.iswnews.com/?p=14541

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim qırıcıları Suriyanın Dəməşq əyalətindəki hədəflərə bir neçə raket zərbəsi endirib, nəticədə bir suriyalı hərbçi yaralanıb.

Suriya hərbi mənbəsinin məlumatına görə, bu gün bazar ertəsi yerli vaxtla saat 14:00 radələrində düşmən İsrail işğal etdiyi Fələstinin şimalından Dəməşq şəhəri ətrafındakı məntəqələri hədəfə alaraq bir neçə raket zərbəsi endirib. Raketlərlə mübarizə aparmaq üçün müdafiə sistemləri işə salınıb və onların bir çoxunu məhv edib. Bu hücum bir suriyalı əsgərin yaralanması və maddi ziyanla nəticələnib.

Bununla bağlı daha ətraflı məlumat verilməyib, lakin Suriya ordusunun Dəməşqin qərbində yerləşən “Dimas” bölgəsindəki mövqelərinin bu hücumun hədəflərindən biri olduğu bildirilir.

Xatırladaq ki, bu il oktyabrın 21-də İsrail qırıcıları Dəməşq ətrafında yerləşən hədəflərə bir neçə raket zərbəsi endirmişdir. Bu hücumda itki olmamışdır.

Daha çox oxuyun: İsrail Suriyaya havadan zərbələr endirib

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir