Rusiyanın Şərqə istiqamətlənməsi Amerika hegemonluğuna son qoyacaq
Bu, yeni soyuq müharibə deyil, daha çox qlobal keçiddir: müstəmləkə hökmranlığı və dünya müharibələri ilə kök salmış avrosentrik dünyadan, qlobal hegemon kimi ABŞ-ın öz nizamını tətbiq etdiyi dünyadan – yeni çoxqütblü dünya nizamına, hansı ki, Çin, Rusiya, İran, Türkiyə və onların dostları rəhbərlik edəcək. Bu barədə “The Jerusalem Post” yazır.
Rusiya ənənəvi dost hesab etdiyi ölkələrlə, o cümlədən Venesuela, Suriya və Latın Amerikası və Afrikanın bir sıra digər ölkələri ilə də əməkdaşlıq edir. Rusiya Macarıstan, Serbiya və Yaxın Şərqin digər dövlətləri ilə də maraqlanır.
“Qərb dövlətlərində əvvəlki mövcudluğu saxlamaq üçün nə məna, nə də istək var”, – Lavrov deyib. “İnsanlarımız orada çətin ki, insan adlandırmaq mümkün olmayan şəraitdə işləyirlər. Onlar üçün daim problemlər yaradılır, fiziki zorakılıq təhlükəsi ilə üzləşirlər. Ən əsası isə iş yoxdur, çünki Avropa bizdən ayrılıb istənilən iqtisadi əməkdaşlıq əlaqəni kəsmək qərarına gəlib. Sevgiyə məcbur edə bilməzsən”.
Nəşrin müəlliflərinin fikrincə, xarici siyasətin Şərqə yönləndirilməsi daha çox SSRİ-nin təcrübəsinə əsaslanır: Rusiya yenidən qlobal Cənub deyilən ölkələrə üz tutur.
Qeyd olunur ki, artıq indi Rusiya ilə Çin, İran, Türkiyə arasında əhəmiyyətli əməkdaşlıqdan danışmaq olar. Bundan əlavə, Moskva Fars körfəzi, Mərkəzi Asiya və Pakistan ölkələri ilə fəal şəkildə əlaqələr qurur və hətta “ABŞ-ın Səudiyyə Ərəbistanına qəzəbindən istifadə edə” bilər.
Bu, Yaxın Şərq üçün niyə vacibdir?
Yaxın Şərqdə bu, ona görə vacibdir ki, Rusiya sovet dövründə İsraillə düşmənçilik edirdi.
İran hazırda Rusiyanı pilotsuz uçuş aparatları ilə təmin edir və ola bilsin ki, onu raketlərlə təmin etsin.
İran da Çinlə daha sıx əməkdaşlıq edir. Rusiya-Çin-İran qruplaşması yaranır və bu, Türkiyənin avtoritar rejimi ilə daha çox işləməyi əhatə edəcək.
Rusiyanın Orta Asiya ölkələri və Pakistanla qarşılıqlı əlaqələri də var.
Rusiya həm də körfəz ölkələrini Qərblə münasibətləri hedcinq etməyə məcbur etməyə çalışacaq. Məsələn, ABŞ-ın Səudiyyə Ərəbistanına qəzəbindən Moskva istifadə edə bilər.
İsrail üçün real təsirləri artıq Moskvanın İsrailə Ukraynaya hərbi dəstək verməsi barədə xəbərdar edən şərhlərində də eşitmək olar.
Konvergensiya həm də o deməkdir ki, Rusiya Suriyada baş verənlərə daha çox diqqət yetirə bilər və ya İranın regionda mövqelərini gücləndirmək üçün fəal şəkildə çalışa bilər.
Moskvanın xarici siyasət məqsədlərindəki dəyişikliyinin Yaxın Şərqə necə çatacağını görmək qalır. Lakin Moskva-Tehran əməkdaşlığı artarsa və İran regionda raket və dron hücumlarını bərpa etmək üçün Rusiya və Çindən “yelkənlərində külək” hiss edərsə, bunun çox ciddi nəticələri ola bilər.
Mənbə: The Jerusalem Post
Rəy