Şölə Xanımın 1500 manatlıq cəriməsi 105 manat faizlə ödənildi + SƏNƏD
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, 2 sentyabr tarixində dini fəaliyyətlərinə görə cərimələnən Şölə Xanım Cəfərovanın cəriməsi xalq tərəfindən toplanan köməklər vasitəsi ilə ödənildi.
Keçmiş xəbərlərdə bildirdiyimiz kimi Şölə Salam qızı Cəfərova bir neçə müddət öncə Qədir-Xum bayramı, Məhərrəmlik mərasimləri və eləcə də Salam Fərmande surudunu böyük təntənə ilə ətrafındakı tanışları və mömin dindar ailələrin köməyi ilə həyata keçirmişdir. Bundan qəzəblənən hakimiyyət onu Yasamal Rayon 27 saylı polis bölməsi tərəfindən, 9 avqust tarixində bölməyə aparmışdır. Yasamal Rayon məhkəməsi bu xanımı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsi ilə təqsirli bilərək, 2 sentyabr tarixində 1500 manat məbləğində cərimə etmişdir.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi komandası bu məsələni bacardığı qədər ictimailəşdirdi və xanımın 1500 manatlıq cəriməsi 105 manat faizlə xalq tərəfindən tolanaraq ödənildi. 105 manat faizin səbəsi isə yenə hakimiyyət özü idi. Belə ki, dəfələrlə Şölə xanım bu cərimə toplandıqdan sonra onu ödəmək istəyib; lakin hakimiyyət süni soy adı problemini qabardaraq onun təxirlə cəriməsinin ödənilməsi məsələsinə səbəb olub.
Komandamız adından bütün bu kompaniyada iştirak edən əzizlərdən xüsusi ilə “Yağlı Xəbər” komandasından təşəkkür edirik.
Daha çox oxuyun: Vətəndaş Cəfərova Şölə Salam qızı məhkəmə tərəfindən cərimə edildi + FOTO və VİDEO
Rəy