İsrail Suriyaya havadan zərbələr endirib

Cümə 21 Oktyabr 2022 - 23:39
https://az.iswnews.com/?p=14427

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail qırıcıları Dəməşq ətrafında yerləşən hədəflərə bir neçə raket zərbəsi endirib.

Suriya hərbi mənbəsinin məlumatına görə, cümə günü yerli vaxtla saat 23:03-də düşmən İsrail Təbəriyyə gölünün şimal-şərq tərəfindən Dəməşq şəhəri ətrafındakı məntəqələri hədəfə alaraq raketlər atıb. Raketlərlə mübarizə aparmaq üçün müdafiə sistemləri işə salınıb və onların bir çoxunu məhv edib. Bu hücum maddi ziyanla nəticələnib.

Qeyd edək ki, bu il sentyabrın 17-də sionist rejim qırıcıları Təbəriyyə gölünün şimal-şərq tərəfindən Dəməşq Beynəlxalq Hava Limanı, eləcə də Dəməşq şəhəri ətrafındakı yerlərə bir neçə raket zərbəsi endirmişdir. Nəticədə beş suriyalı əsgər şəhid olmuşdur.

Daha çox oxuyun: Sionist rejimin Dəməşqə hava hücumu nəticəsində 5 suriyalı əsgər şəhid oldu + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir