Azərbaycan, qondarma Dağlıq Qarabağın başçısını həbs edəcəyni bildirib

Şənbə 19 Fevral 2022 - 23:23
https://az.iswnews.com/?p=1442

Azərbaycan Respublikası Baş prokurorluğun İstintaq İdarəsinin rəisi özünü qondarma Dağlıq Qarabağ adlı qurumun başçısı Arayik Arutyunyanın cinayət məsuliyyətinə cəlb ediləcəyini qeyd edib.

Bu qondarma rejimin silahlı qüvvələri Azərbaycan Respublikasının yük maşınlarına baxış keçirir. Qeyri hərbi texnika daşıyan bu yük maşınları Dağlıq Qarabağ bölgəsinin şimalından Kəlbəcər rayonuna gedirlər. Azərbaycan hökuməti Rusiya Federasiyasının sülhməramlı qüvvələri ilə Dağlıq Qarabağın şimal hissəsindən istifadə etmək və Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olan ərazidən keçmək üçün razılığa gəlib. Azərbaycanın Kəlbəcər rayonuna gedən dağ yolları isə güclü qar səbəbindən şimaldan bağlanıb.
Yük maşınlarına texniki baxışın davam etdirilməsi isə Azərbaycan hökumətinin etirazına səbəb olub.

Dağlıq Qarabağ hökuməti rəsmiləri barəsində həbs qərarlarının verilməsi

Ermənistan hökumətinin Dağlıq arabağdakı bu addımları, Azərbaycan hökumətinin bu problemin həlli istiqamətində atdığı addımların uğursuzluğu fonunda ökədə etirazlar daha da artıb. Azərbaycan hökuməti isə ölkədə siyasi, sosial və media təzyiqlərini azaltmaq üçün qondarma Dağlıq Qarabağ başçısına cinayət işi açdığını elan edib. Belə ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov, Dağlıq Qarabağ hökuməti başçısının cinayət məsuliyyətinə cəlb və həbs edilməsi barədə göstəriş verib. Nemət Əvəzov qeyd edib: “Tezliklə özünü Dağlıq Qarabağ hökumətinin prezidenti elan edən Arayik Harutyunyan saxlanılaraq məhkəmədə mühakimə olunacağına ümid edirik”.

Arayik Arutyunyan Azərbaycana ekstradisiya edilə bilərmi?

Onun parlamentdəki müxalifət ilə fikir ayrılığı, konstitusiyaya dəyişiklik etmək cəhdləri və Ermənistanın baş naziri Nikol Paşinyanın əmrlərini icra etməsi Rusiya Federasiyasını və Rusiya yönümlü ermənilərin xoşuna gəlməyən amillərir. Bu hallar onun opponentlərinin və Rusiya hökumətinin onun barəsindəki həbs qərarının icrasına ciddi reaksiya göstərməməsinə səbəb ola bilər. Amma Rusiya hökuməti Dağlıq Qarabağda bu qədər sadə şəkildə kartlarını itirməyəcək və regionda daha artıq qalmağa çalışacaq.
Qeyd edək ki, hazırda Araik Arutyunyanın qondarma hökumətinin inzibati mərkəzi Xankəndi şəhəridir və onun tabeliyində ordu, polis və sərhədçilərdən ibarət 20 minə yaxın silahlı qüvvə var. Həmçinin O, parlament üzvləri və digər rəsmi şəxslərlə birlikdə Rusiya sülhməramlılarının müşayiəti ilə bir neçə dəfə Ermənistana səfər ediblər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir