İsrailin müdafiə naziri Türkiyəyə səfər edəcək
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin müdafiə naziri yaxın günlərdə Türkiyəyə səfər edəcək və bu ölkənin yüksək vəzifəli şəxsləri ilə görüşüb söhbət edəcək.
Türkiyə ilə sionist rejim arasında əlaqələr və əməkdaşlığı artırmaq üçün İsrail rejiminin müdafiə naziri Benni Qantz gələn həftə Türkiyəyə gedəcək. Bu, İsrailin müdafiə nazirinin son on ildə Türkiyəyə ilk səfəridir.
Bu səfər zamanı Qantz ölkənin müdafiə naziri Hulusi Akar da daxil olmaqla Türkiyənin yüksək vəzifəli rəsmiləri ilə görüşəcək və söhbət edəcək.
Hər iki tərəfdən rəsmi şəxslərin ictimai səfərləri Türkiyənin İsraillə münasibətlərdə yeni səhifə açdığını və xüsusilə hərbi-təhlükəsizlik sahəsində bu rejimlə əlaqələrini gücləndirmək qərarına gəldiyini göstərir.
Qeyd edək ki, sionist rejimin başçısı İshaq Hersoqun Ankaraya səfəri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra Türkiyə ilə İsrail rejimi arasında əlaqələr xeyli artıb və keçmişə nisbətən daha çox ictimailəşib.
Daha çox oxuyun: Ərdoğanın Ankarada sionistləri səmimi qarşılaması
Rəy