Afrin bölgəsində Təhrir əş-Şam terrorçularının əməliyyatından son xəbərlər, 18 Oktyabr 2022

Çərşənbə axşamı 18 Oktyabr 2022 - 23:08
https://az.iswnews.com/?p=14277

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Təhrir Əş-Şam və Ceyşul-Vətani terrorçuları arasında bir günlük atəşkəsdən sonra Hələbin şimalında bu qruplar arasında toqquşmalar yenidən başlayıb və bir neçə məntəqəTəhrir Əş-Şam terrorçuları tərəfindən ələ keçirilib.

Oktyabrın 17-də Təhrir əş-Şam və Ceyşul-Vətani terrorçuları arasında atəşkəs razılaşması tamamilə pozulub və tərəflər arasında toqquşmalar başlayıb. Bu toqquşmalar zamanı Təhrir Əş-Şam terrorçuları Ceyşul-Vətaninin mövqelərini ələ keçirərək Merimin, Ənnab, Basalhaya, Cəlbal, Şvarqeh Əl-Coz, Kəfərməz və Maarseh Əl-Xatib bölgələrinə nəzarət edə bilib. Bu ərazilərdən əlavə, Heyət Təhrir Əş-Şamın Ceyşul-Vətani terrorçuları ilə şiddətli atışmalardan sonra iki Kəfərcanə və Qətmə kəndini də ələ keçirib.

Təhrir Əş-Şamın bu ərazilər üzərində nəzarəti qərbdən Əzaz şəhərinə təzyiqi xeyli artırır və bu məsələ son nəticədə bu şəhərin süqutuna səbəb ola bilər.

Digər tərəfdən Əhrar Əş-Şam terrorçuları Əzazın şərqində yerləşən Bərağisə, Əl-Təvaqli və Suran cəbhələrində də Ceyşül-Vətani terrorçularına hücum edərək, onların strateji əhəmiyyətə malik Əzaz şəhərinin müdafiəsini çətinləşdiriblər. Hələlik bu sahələrdə heç bir ciddi irəliləyiş yoxdur.

Türkiyənin vasitəçiliyindən sonra hazırda Ceyşul-Vətani terrorçuları Təhrir Əş-Şam qüvvələrinin çıxmasından sonra Kəfrcanə və Qətmə bölgələrinə daxil olaraq bu iki kənddə məskunlaşıblar.

Daha çox oxuyun: Təhrir Əş-Şam Afrin şəhəri üzərində tam nəzarəti ələ götürdü!

Keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir