Şiə, kürd və sünni fraksiyalarının razılığı ilə İraqın siyasi çıxılmaz vəziyyətinə son qoyuldu

Bazar ertəsi 17 Oktyabr 2022 - 22:34
https://az.iswnews.com/?p=14221

İraqda son parlament seçkilərinin keçirilməsindən bir il sonra ölkə parlamenti nəhayət şiə, kürd və sünni fraksiyaları arasında məsləhətləşmələrdən sonra Əbdül Lətif Rəşidi İraqın yeni prezidenti seçdi və o, həmçinin Məhəmməd Şəyya Əl-Sudaniyə İraqın baş naziri kimi Nazirlər Kabinetini təşkil etməyə əmr verdi. Bəs Əbdül Lətif Rəşid kimdir?

Bu il oktyabrın 13-də İraqın siyasi partiyalarının parlamentdəki intensiv məsləhətləşmələrindən sonra Əbdül Lətif Rəşid İraq parlamenti üzvlərinin əksəriyyətinin səsi ilə ölkənin yeni prezidenti seçildi.

İraqda yazılmamış qanun var ki, prezident kürd, baş nazir şiə və parlament sədri sünni olmalıdır. Həmin məsələ Kürdüstan Vətənpərvərlər Birliyinin köhnə və nüfuzlu liderlərindən biri olan Əbdül Lətif Rəşidin baş nazir və İraq Şiələrinin Koordinasiya Mərkəzi tərəfindən baş nazirliyə son namizəd Məhəmməd Şəyya Əl-Sudaninin baş nazir seçilməsinə səbəb olub.

Bəs Əbdül Lətif Rəşid kimdir?
Əbdül Lətif Rəşid 1944-cü ildə Şimali İraqın Süleymaniyyə şəhərində anadan olub və Kürdüstan Vətənpərvərlər Birliyinin nüfuzlu üzvüdür. O, Səddam rejimi dövründə mübarizlərdən biri olub və Səddam rejiminin devrilməsindən sonra ilk seçilmiş prezident olan mərhum Cəlal Talibaninin bacanağıdır. Rəşid Liverpul Universitetinin məzunudur və doktorluq dərəcəsini İngiltərənin Mançester Universitetindən alıb. Öz qeydlərində o, Nuri Əl-Malikinin kabinetində İraq hökumətinin Su Ehtiyatları Nazirliyində (Səddam rejiminin devrilməsindən sonra) sədrlik, Yəmən və Səudiyyə Ərəbistanında FAO layihəsinin idarəçilik, İraq Milli Konqresinin (INC) icraçı şurasında üzvlük, Kürdüstan Milli Birliyinin (KNU) 1986-cı ildə İngiltərədəki nümayəndəliyi yazıb.

İlk səfir kimi İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Aali-Sadiqin İraqın yeni prezidenti Əbdül Lətif Rəşid ilə görüşü və onun bu görüşdə verdiyi açıqlamalar İraqın yeni prezidentinin əməkdaşlığı və əlaqələrin genişləndirməsi niyyətində bu ölkənin keçmiş prezidentindən daha çox meyilli olduğunu göstərir. Bu məsələ mütləq amerikalıların xoşuna gəlməyəcək və çox güman ki, İran-İraq münasibətləri keçmişdə olduğu kimi gələcəkdə də Amerika tərəfinin təzyiq və hərəkətlərindən təsirlənəcək.

Daha çox oxuyun: İranın Bağdaddakı səfiri İraqın yeni prezidenti ilə görüşüb

Məhəmməd Şəyya Əl-Sudaninin tərcümeyi-halı
İraq prezidenti Əbdül Lətif Rəşid Məhəmməd Şəyya Əl-Sudaniyə İraqın baş naziri kimi Nazirlər Kabinetini formalaşdırmağı tapşırıb. Əl-Sudaninin təklif edəcəyi kabinet üzvlərini etimad səsverməsi üçün İraq parlamentinə təqdim etmək üçün bir ay vaxtı var. Əl-Sudani İraqlı şiə siyasətçidir, əvvəllər Kənd Təsərrüfatı Naziri, İmmiqrasiya və Mühacirlər Naziri, Ticarət Naziri, Sənaye Naziri və Ali Ədliyyə və Nəzarət Komissiyasının rəhbəri, Meysan vilayətinin qubernatoru olmuş və Nuri Əl-Maliki, İraqın keçmiş baş naziri ilə yaxın əlaqələri var.

Bu ilin avqustunda İraq Şiələrinin Koordinasiya Mərkəzi Məhəmməd Şəyya Əl-Sudanini baş nazirliyə son namizəd kimi seçdi və bu ölkədəki bəzi şəxslərin və Sədr hərəkatı kimi siyasi qrupların müqavimətinə baxmayaraq, onu dəstəklədiyini vurğuladı.

Əl-Sudaninin İraq Şiələrinin Koordinasiya Mərkəzi ilə yaxın əlaqələri və İrana yaxın siyasi qrupların dəstəyini nəzərə alsaq, onun baş nazir seçilməsi İranla münasibətlərin və əməkdaşlığın artırılmasında, siyasi və təhlükəsizlik baxımından qərblilərdən asılılığın azaldılmasında müsbət və konstruktiv rol oynaya və həmçinin Qərblilərin İraqa müdaxiləsi ilə qəti şəkildə məşğul ola bilər.

İraqın Sədr hərəkatının Əl-Sudaninin baş nazirliyi ilə müxalifətini nəzərə alsaq, ehtimal ki, yaxın həftələrdə o, Əl-Sudani kabinetinin formalaşması yolunda maneələr törədəcək və tərəfdarlarını küçələrə axıdacaq. Bu, İraq səlahiyyətlilərinin diplomatik və hüquqi həll yollarından istifadə edərək küçə axınlarını birdəfəlik həll etmək və bitirmək üçün bir plan düşünməli olduğu bir məsələdir.

Daha çox oxuyun: Əbdül Lətif Rəşid İraqın prezidenti oldu

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir