Suriyada baş verən son hadisələr, 16 Oktyabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ABŞ Ordusu “Məhəmməd Fərid Əl-Qasim”i Ceyşu Məğavirus-Səvrənin (Ceyşul-Hurr terror qruplaşmasının dəstələrindən biri) yeni komandiri təyin edib.
1- Hələb:
– Oktyabrın 13-də Suriyanın şimal-qərbində Heyət Təhrir Əş-Şam, Firqətu Əs-Sultan Süleyman Şah və Firqətu Əl-Həmzə qruplaşmalarının əməliyyatlarının davamında Afrin şəhəri Heyət Təhrir Əş-Şam tərəfindən ələ keçirildi.
Daha çox oxuyun: Təhrir Əş-Şam Afrin şəhəri üzərində tam nəzarəti ələ götürdü!
– Oktyabrın 16-da Rusiya qırıcıları Əzaz şəhəri yaxınlığında Türkiyənin dəstəklədiyi terrorçuların mövqelərini bombalayıb.
– Oktyabrın 16-da Türkiyə ordusu Eyn Əl-Ərəb şəhəri yaxınlığında Suriya ordusuna məxsus qərargahı artilleriya atəşi ilə hədəfə alıb.
2- İdlib:
– Oktyabrın 14-də İdlib vilayətinin cənubunda yerləşən Konsafra kəndində terroçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Oktyabrın 16-da İdlibin cənubunda yerləşən Benin kəndindəki terroçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
3- Dəraa:
– Oktyabrın 15-də Casim şəhərində yerli silahlı qruplaşma ilə İŞİD terrorçuları arasında baş verən toqquşma nəticəsində İŞİD-in bir neçə ünsürü və cəbhə komandiri öldürülüb.
4- Deyr əz-Zor:
Oktyabrın 16-da Əl-Qüds Briqadası qüvvələrinə məxsus karvan Əl-Məyadin şəhəri ətrafında İŞİD ünsürlərinin hücumuna məruz qalıb. Hələlik bu hücum nəticəsində ölənlərin və dəyən zərərin miqdarı barədə məlumat verilməyib.
5- Raqqa:
Oktyabrın 15-də İŞİD terror qruplaşmasının ünsürləri Təbqə hava limanı yaxınlığında Suriya ordusuna məxsus neft çənlərindən birini hədəfə alıb.
6- Həsəkə:
– Oktyabrın 15-də Türkiyənin dəstəklədiyi terrorçular Təll Təmər şəhərini əhatə edən əraziləri artilleriya hücumları ilə hədəfə aldılar.
– Oktyabrın 14-də İŞİD ünsürləri Əl-Yəərubiyyə bölgəsində Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus avtomobili hədəfə alıblar. Bu hücum zamanı bir SDQ komandiri və daha üç nəfər yaralanıb.
7- ABŞ Ordusu “Məhəmməd Fərid Əl-Qasim”i Ceyşu Məğavirus-Səvrənin (Ceyşul-Hurr terror qruplaşmasının dəstələrindən biri) yeni komandiri təyin edib.
8- Oktyabrın 15-də Rusiyanın Suriyadakı Barışıq Mərkəzi elan edib: Terrorçular İdlib bölgəsində iki dəfə atəşkəs rejimini pozublar, onlardan 1-i Latakiya əyaləti, 1-i isə İdlib vilayətində baş verib.
Rəy