İsraillilər Həzərmut vilayətinin sahillərinə daxil olublar

Cümə 14 Oktyabr 2022 - 14:29
https://az.iswnews.com/?p=14065

“İslam dünyası xəbərləri” informasiya agentliyi xəbər verir ki, BƏƏ hərbçiləri Əl-Mukəlla şəhərinin şərqində yerləşən Əl-Rəyyan Hərbi Hava Bazasını nəzarətə götürdükdən sonra İsrail müşavirləri bu bazaya daxil olublar.

Cənub Hərbi Şurasının sözçüsü və komandirlərindən biri Adil Əl-Həsəninin açıqlamalarına əsasən, son günlər sionist rejimin müşavirləri BƏƏ əsgərləri ilə birlikdə Həzərmut vilayətinin mərkəzi olan Əl-Mukəlla şəhərinin şərqində yerləşən Əl-Rəyyan hava limanına daxil olublar. Ötən aylarda bu hava limanı BƏƏ-nin dəstəyi və sionist rejim və ABŞ-ın iştirakı ilə hərbi bazaya çevrilib.
O, əlavə edib: “BƏƏ məhdud yerlər istisna olmaqla, hər hansı yəmənlinin bu məntəqəyə girişini qadağan edib”.

Qeyd edək ki, BƏƏ ötən illər ərzində vaxtaşırı Əl-Rəyyan hava limanını yenidən açdığını elan edir və müxtəlif səbəblərə görə yenidən bağlayır. Bu hava limanından İsrail və Amerika müşavirləri Yəmənin işğal olunmuş ərazilərindən yanacaq tədarükü və nəqlini koordinasiya etmək və başqa məqsədlər üçün istifadə edirlər, Həzərmut vilayəti və Yəmənin digər cənub bölgələrinin əhalisi isə bundan istifadə etmir.

Daha çox oxuyun:
Sənaada partlayış, İsrail hava hücumu və ya uğursuz raket transferi? + FOTO
Yəmənin İsrailə xəbərdarlığı: İstənilən təcavüz sükutla qarşılanmayacaq, müvafiq cavab veriləcək

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir