Ukrayna ordusunun MiQ-29 qırıcısı Şahid-136 dronunu ovlayarkən qəzaya uğradı!
“İslam dünyası xəbərləri” informasiya agentliyi xəbər verir ki, dünən Ukraynaya məxsus MiQ-29 qırıcı təyyarəsi Vinnitsa məntəqəsində “Şahid-136” kamikadze dronunu ovlayarkən qəzaya uğrayıb.
Ukrayna Müdafiə Nazirliyi bu qırıcının missiya zamanı texniki nasazlıq keçirdiyini və pilotun qəzadan əvvəl təyyarədən tullandığını açıqlayıb. Ukrayna hərbi rəsmiləri bu qırıcının dünən 5 “Şahid-136” dronunu məhv etdiyini iddia edirlər.
Bu qırıcının aşağı qiymətli kamikadze dronunu ovlamaq yolunda qəzaya uğraması sosial şəbəkələrdə çoxlu reaksiyalara səbəb olub. Ucuz, lakin güclü və çox təsirli “Şahid-136” dronlarının Ukraynadakı müharibəyə girməsindən sonra müharibə tənliyi böyük dərəcədə Rusiyanın xeyrinə dəyişilib və Ukrayna infrastrukturu və avadanlıqları böyük dəqiqliklə məhv edilir.
Digər tərəfdən, Ukraynanın yaxın və orta mənzilli müdafiə sistemlərinin mövcudluğuna və ağır kəşfiyyat dəstəyinə baxmayaraq, Ukrayna ordusu indiyədək “Şahid-136” dronlarının hücumlarını effektiv şəkildə dəf edə bilməyib. Buna görə də Ukrayna ordusu bu hücumları dəf etmək üçün bahalı qırıcılardan istifadə etməyə başlayıb. Hal-hazırda, qırıcılar tərəfindən birbaşa və vizual müdaxilə bu hücumlarla mübarizə üçün daha az təsirli, lakin mövcud yoldur; Ukrayna ordusu üçün çoxlu xərclər və risklər gətirən həll yolu!
Dünən gecə növbəti uğursuz cəhddə Ukraynanın hava hücumundan müdafiə sistemləri Şahid-136 dronunu ələ keçirmək istəyiblər; Lakin onlar bu dronu məhv edə bilməyib və hava hücumundan müdafiə sisteminin raketi onlara geri qayıdıb və Odessada yaşayış məntəqələrinə ziyan vurub.
Həmçinin, bu gün səhər saatlarında “Şahid-136” dronları Kiyevin kənarındakı Makarovski rayonunda Ukraynanın infrastruktur obyektlərini diqqətlə hədəfə alıb. Bu hücumda Ukrayna ordusu yenə də dronları məhv edə bilməyib.
MiQ-29-un qəzaya uğramasını ələ salan Rusiyayönlü KİV-lərin dərc etdiyi posterin tərcüməsi: “Cəhənnəmdən uçan motosikletlər Ukrayna hökumətini öldürməyə davam edir”.
Rəy